RSS
 

Login:
Şifrə:
» » Bir dostun məktubu

Xəbər lenti

Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə...
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

Bir dostun məktubu

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 13-12-2015, 08:41 | Şərh sayı: (1) | Baxılıb: 3464

Bir dostun məktubu


Bir dostun məktubu


Zəmanə getdikcə pisləşir. Yaşamaq günü-gündən ağır gəlir insana. Bəzən fikirləşirsən ki, dünyanın ağrı-acılarına tab gətirib 70-80 il ömür sürənlərə, doğrudan da, cənnət vacibdir. Bir hədisə görə, insan dünyada rahatlıq axtarmaqdadır, o isə heç yaradılmayıb, vücuda gəlməyib...
Hə, zəmanədən danışırdım. Zəmanə pisləşib, insanlar vəfasızlaşıb. İndi düşməndən də artıq dostdan qorxmaq lazımdır. Dünənə qədər səninlə çiyin-çiyinə addımlayan birisi bir günün içərisində qanını tökməyə hazır olur. İndi kiməsə yaxşılıq etmək böyük bir risk altına girmək deməkdir. Yaxşılıq etdiyin insanlar digərlərindən qat-qat artıq təhlükəlidirlər.
Əlqərəz, bu yazıda məqsəd diqqətinizi bir dostun məktubuna yönəltməkdir. Yeni tədris ili başlayar-başlamaz Məcid müəllim öz köhnə ənənəsini davam etdirərək, yenə də axirüz-zamandakı ağır şəraitdən danışdı və sözüfedən məktubu çantasından çıxarıb bir-bir hamıya göstərdi.*
Doğrudan da dözüləsi hal deyil. 21-ci əsr adamı bütün elmi-texniki nailiyyətlərinə rəğmən, nədən bunca vəfasız olmalı? Özünün ən yaxın və ən sadiq dostunu asanlıqla unutmaq, illərlə xatırlamamaq faciə deyil, bəs nədir? Bundan artıq başınızı ağrıtmayım, məktub budur:
“Bu gün səhər yuxudan oyandığında sənə baxdım. Bir neçə sözlə olsa belə, mənimlə danışacağına, dünən həyatında baş verən gözəl hadisələr üçün mənə təşəkkür edəcəyinə inanırdım. Lakin gördüm ki, başın çox qarışıqdır. Geyinmək üçün özünə paltar seçirdin...
O yan-bu yana qaçıb hazırlaşdığın zaman dedim bəlkə bir an vaxt tapıb dayanacaq və mənimlə salamlaşacaqsan. Amma yenə də başın öz işlərinə çox qarışmışdı.
Bir dəfə gözləməyə məcbur oldun. 15 dəqiqəyə yaxın yalnız bir stulda oturmaqdan başqa işin yox idi. Amma onda da qəfildən yerindən qalxdın, telefona tərəf qaçıb hansısa dostuna zəng vurdun və bu vaxtı da onunla danışmaqla keçirdin.
Bütün gün boyu səbir edib gözlədim. Amma güman edirdim ki, bu qədər işin içində ikən mənimlə danışmağa vaxt tapmayacaqsan.
Həmişə problem içindəsən: ev, iş, maliyyə və sair problemlər. Həmişə narahatsan, iztirab və sıxıntı içindəsən. Və nə yazıq, nə yazıq, bilmirsən ki, məni yad etmək sənə rahatlıq gətirir, iztirabını azaldır...
Bir dəfə hey sağ-soluna baxırdın. Dedim yəqin mənimlə danışmadığından, mənə sarı baxmadığından belə edirsən. Sonra gördüm ki, yox, bu kiçik beyninlə hər şey haqqında düşünürsən, məndən başqa.
Axşam evinə qayıtdın, yuyunub-təmizləndin, sonra gördün ki, hələ xörəyin hazır deyil. Bir qədər boş vaxtın var idi. Qonaq otağına daxil oldun. Nə işlə məşğul olacağını səbirsizliklə gözləyirdim. Ümidvar idim ki, heç olmasa indi yadına düşəcəyəm, ən azı indi özünün ən yaxın dostunu xatırlayacaqsan. Lakin gördüm ki, birdən televizorun qabağında əyləşdin, az sonra isə gülüş səsin otağı bürüdü. Və sən yenə də mənimlə danışmadın.
Hər gün saatlarla vaxtını beləcə keçirirsən, növbənöv verilişlərə baxırsan. Onlara baxarkən gah gülür, gah kədərlənir, gah da həyəcanlanırsan. Bəzən xoşuna gəlməsə, ürəyincə olmasa belə, baxır və dəyərli vaxtını beləcə keçirirsən... Mən səbirsizliklə səni gözlədim, sənsə elə televizora baxa-baxa xörəyini yedin.
Yatmaq vaxtı çatdı. Çox yorğun idin, yatağına girən kimi yuxu tutdu səni...
Eybi yox, yəqin iş-gücünün çox olduğundan unutmusan məni. Amma mən çox səbirliyəm. O qədər səbirliyəm ki, bir gün yox, bir ay yox, illər, onillər keçsə belə gözləyəcəyəm. Nə vaxtsa məni yada salacağına həmişə ümidvar olacağam. Ömrünün sonuna qədər nə vaxtsa mənə əl etməni, baş tərpətməni və ya ürəyində azacıq olsa belə, minnətdar olmanı gözləyəcəyəm. Mən həmişə yanında olacaq, hər an sənə kömək etməyə hazır duracağam; sən görməsən, eşitməsən, duymasan da.
Ah, dinləyici olmayan yerdə danışmaq nə qədər çətindir! Amma eybi yox, bəlkə bir gün həyatın keşməkeşlərindən ayılıb məni də dinlədin. Bəlkə bir gün azacıq vaxt da mənə ayırdın. Mən gözləyəcəyəm, sənə eşq və məhəbbətlə dolu olan bütün vücudumla...”
Dostun kimliyi yəqin ki, aydındır. Saysız-hesabsız gecələri, gündüzləri ixtiyarımızda qoyan Rəbbimiz hər günün sadəcə 20 dəqiqəsini onunla söhbətə ayırmağımızı istəyib. Bu da ondan ötrüdür ki, bizim özümüzün buna ehtiyacımız var.
Hardasan, ay Camal əmi?! Bəs qədər pulunu alıb səninçün iki protez diş düzəldən stomatoloqa nə qədər təşəkkür etdin! Amma tez də anladın, anladın ki, təmənnasız olaraq sənə 32 sağlam diş verən Yaradana bu işdən ötrü heç vaxt təşəkkür etməmisən. Görəsən biz necə, Allahın verdiyi hər bir nemət üçün ən azı bir təşəkkür etmişikmi?

* Sözügedən məktub azacıq fərqlə dəyərli müəllimim Doktor Məcid Kafi tərəfindən qələmə alınıb.

Vüsal Hüseynzadə



Şərhlər

 
 
| | |

L-e-y-l-a

20 dekabr 2015 22:10 Offline
Çox təsirli yazı idi...Məqalənin belə bitməsini gözləmirdim.. Allah hər işimizdə bizlərə kömək olsun. Dünya malına başı qarışan və aqibətimizi unutmaqdan uzaq etsin. Əgər öləndən sonra yaxşı aqibət istəyiriksə, gərək bu dünyada rəftar və əməlimizə nəzarət edək. Heç bir zaman İlahi əzaba düçar olmayaq, çünki bizi dəhşətli aqibət gözləyər. Allahın yaratdığı bütün nemətləri üçün sonsuz şükür... Allah razı olsun İnşAllah.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor