Haqqını halal et, ürəyim... |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 29-12-2014, 01:27 | Şərh sayı: (0) | Baxılıb: 2053
Haqqını halal et, ürəyim...
Sözlərin ağırlığı tək-tək dilimə çökdüyündə, qələmin əmri ilə yazmağa başladım. Söz harada başlayacaq, harada bitəcək inanın mən də bilmirəm. Danışan ürəyimmi yoxsa nəfsimmi onu da bilmirəm..
Ürəyimlə yaxşı dolanırıq, amma nəfsim üçün eyni şeyləri deyə bilməyəcəyəm. Ey nəfs, nədir səndən çəkdiyim? Davamlı bir şeyləri etməyim üçün mənə əmr edirsən. Həmişə məndən əvvəl danışır, başımı qarışdırırsan. Nə olar bu axşam bir dəfə olsun sus. Sükut ləhcəsini bu gecə istifadə etməsən olmazmı? İcazə versən, bu gecə ürəyimlə dərdləşəcəyəm..
Bu gecə ürəyimi dinləmək istəyirəm...
Bəlkə də ürəyimlə halallaşmaq istəyirəm...
Eyni bədəndə yaşayırıq. Yaxşısıyla, pisiylə sən mənim ürəyimsən. Sənə çox çəkdirdim, bilirəm. Arxası gəlməyən dərdlərimi, çətinliklərimi həmişə sənə yüklədim. Ayrılığın acısını, sevincimi, kədərimi həmişə səninlə yaşadım..
Can dediklərim canımı yandırdılar.. Alov olub sən yandın həmişə, ürəyim.. Yar dediklərim yaramı qanaddıqlarında, qan olub sən axdın hər dəfə, ürəyim.. Halbuki balaca idin.. Balaca və titrək.. Çox haqqın keçdi mənə..
Gecə mənim ən yaxşı dostlarım gözyaşı və yatağım idi. Biz bir araya gəldiyimizdə halımıza həmişə sən şahidlik etdin.. Yolçu etdiyim bir günün ardından, gecəyə sığındığımda sən var idin yanımda, ürəyim..
Halbuki sonradan öyrəndim.. Mənim dostlarla söhbətim dərdimə dərman, könlümə fərman olarkən, sən çox acı çəkirmişsən, ürəyim..
Üzr istəyirəm.. Mədəsi yananın deyil, ürəyi yananın ağladığını geç fərq etdim. Mən dərdimə ağlayırdım, sən isə mənə ağlayırdın.. Mən günah atəşində yanarkən, sən mənə su olurdun.. Hər canım yandığında sən də mənimlə yanırmışsan.. Bilmədim.. Nə olar bağışla məni, ürəyim.. Söz verirəm, bundan sonra səni üzməyəcəyəm. Sahibinə layiq bir ürək daşımağa söz verirəm..
Gül bağçası yetişdirmənin yolu, bağçadakı bütün çirkinlikləri təmizləməkdən keçərmiş.. Yabanı otları, daşları, tikanları ayırd etməkdən.. Mən də ürəyimin torpağına zərər verən bütün çirkli duyğuları təmizləməklə işə başlayacağam.. Rəbbimin bu ürəkdə görmək istədiyi bütün duyğuları yaşıllaşdıracağam.. Çiçək açmalarını tam bir təvəkkül ilə gözləyəcəm, tələsməyəcəm..
Belə yaşasam, inanıram ki, səni bir də heç vaxt üzməyəcəyəm, ürəyim. Haqqına girməkdən Allaha sığınıram. Bu bədəndə yaşadığımız müddətdə dost qalaq, olmazmı?
Unutma, sən mənə Rəbbimin bir əmanətisən. Ruhlar aləmində başlayıb, ana rəhmində davam edən bir səfərin son dayanacağındayıq. Sabah axirətdə mənə şahidlik edəcəksən. O böyük dincliyə iki dost olaraq çıxmağa nə deyirsən, ürəyim?
Haqqını halal et, ürəyim… !
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər