Onda belə deyildin |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 2-02-2015, 17:30 | Şərh sayı: (2) | Baxılıb: 1025
Onda belə deyildin
Onda belə deyildin. Onda sən mənim gözümün işığı, başımın tacı, ucalığı, fəxrim idin. Sən yadıma düşərkən gözlərim sevinclə parıldayar, üzümə nur çilənərdi. İndi yadıma düşəndə çöhrəm tutqunlaşır...
Onda sən mənimlə necə şən danışırdın, necə mehriban idin! Sən danışanda ürəyim açılırdı, ağrı-acını unudurdum. İşdir, hirsli, hikkəli olsa idim, sənin mənə verdiyin səbirli cavablardan utanar, sakitləşərdim, bir andaca batinimi çulğamış tufanlar yat-yut olardı. Amma indi, səni görməklə qəzəbim daha da artır-qarşımdakı yorğun, əzgin, pinti bir çöhrə, qaş-qabaq sallamış... danışıram, cavab vermir, təkrar soruşuram, əsəbləşir. Görəsən, deyilənlər doğrumu çıxdı, görəsən, səndə olan həyanın hamısı yoxamı çıxdı, uşağımızın dünyaya gəlməsi ilə? Deyirlər ki, qadında həyanın bir qismi evlənərkən, digər bir qismi də uşaq dünyaya gətirərkən yoxa çıxır. Görən, bu həqiqətmi oldu?
Onda sən sözümü yerə salmayan, incə, kövrək bir xanım idin. Daha ondan bir əsər görmürəm. Hər bir istəyimə xüsusi diqqət göstərən, nəyi isə qadağan edəndə "sən deyirsənsə, düzdür, elə də olmalıdır”- deyən o səmimi insan hardadır indi? Səbirli, təmkinli, aza qane olan, təvazokar xanım xasiyyətcə dəyişmiş, tamam başqa adam olmuşdur. İndi mən səni tanımıram, tanıya bilmirəm. İndi isə mənə deyirsən: Öz istək və arzularını mənə yeritmə. Məni əsəbləşdirən sən oldun. Belə lazımdır, şəxsi işimdir və s.
Sui-istifadə
Sən nə qədər insafsız çıxdın, xanımım! Görmürsən digərləri ilə ərləri necə davranır, necə danışan kimi ağzından vurub yerində oturdur? Deməli, biz dinimizin bizə verdiyi azadlıqdan, ehtiramdan, məsuliyyətdən sui-istifadə edirik.
Onda necə həyalı siman və səsin vardı. İndi, qışqırığını qonşular eşidir. Biabır oluram. Hanı mənim sevgilim? Onun yerinə gəlmiş bu kobud kimdir belə? Bu Allahın sözünü saymayan, nəfsinin köləsinə çevrilmiş adam kimdir mənim qarşımda? Mən bu gördüyümü sevməmişdim, Allah şahiddir! Deməli, ərə gələnə kimi idi hər şey? Sənə riyakarmı deyim?
Onda öz geyiminə nə qədər həssas idin! Deyirdim ki, quzum, bayıra bəzənib, boyalanıb çıxmaq, naməhrəmlərin diqqətini çəkdiyinə görə günahdır. Amma öz evində istədiyin kimi geyinməkdə, bəzənməkdə tam ixtiyar sahibisən. Tez razılaşar, dediyimə itaət edərdin. İndi belədirmi?! İndi zamanın tələbi, "nə deyərlər”, "kənd paltarı”, "dilənçi paltarı” kimi ifadələrlə sadə libasları topa tutursan ki, təki öz nəfsin bəyəndiyini mənə qəbul etdirəsən. Dişim bağırsaqlarımı kəsir. Qeyrətdən doğranıram. Nə edim? Görüm, o "dini” libasları bu ölkəyə gətirənlərin... Din adından küfrü, şəhvəti təbliğ edirlər. İndi bizim xanımların hansının geyimi naməhrəmə xoş gəlmir? Baxanda adama ləzzət edir, gözünü çəkmək istəmirsən. Bax, o libasların problemli, dinə ziddiyyəti də bu məsələdir. Geyim kişiləri cəlb etməməlidir. Amma sən və səni kimi xanımlar düşünür ki, örtünməkdir əsas şərt. Bu anlayışa yazıqlar olsun, səni öyrədən müəllimə ar olsun!
Nə oldu, bir zaman mənimlə digərlərinin yanında pıçıltı ilə danışırdın? İndi nəinki evdə, heç küçədə də camaatı vecinə almırsan. Ölmüşəm sənə xatırlatmaqdan. Yoxsa, mən də varam demək istəyirsən, hiss olunmaq, yadda qalmaq arzusundasan. Halbuki sən yalnz ərinin yadında olmalısan. Ərin səni düşünməlidir, səndən ötrü darıxmalıdır. Mən səndən ötrü darıxıram? Problemin səbbkarı kimdir? Əlbəttə ki, mən. Bu sənin həmişəki cavabın. Sən heç zaman öz gözündə tiri görmədin. Başqa kişilərin yadında qalanlar bilsin ki, özgələrin ailəsinin dağılmasının səbəbkarlarından biri sayılırlar. Nə cavab verəcəklər? Ah-nalə onları tutmayacaq?!
Səni Allahla qorxuduram, qorxmursan, sənə xanım Fatiməni (ə) ülgü göstərirəm, eşitmirsən. O xanımın həyatına bir nəzər sal. Gör, o öz həyat yoldaşı ilə necə rəftar edərdi? Özün bunları yaxşı bilirsən. Amma bilmirəm daha sərf etmirmi, yoxsa unutqanlığa düçar olmusan? Yaxşı, deyək ki, o ideal zirvəsi ilə öz aranda uyğunluq yarada bilmirsən, heç olmasa azərbaycanlı olaraq öz analarımızı fikirləş. Məqsədim azərbaycanlı analardır, seriyallar qabağından çəkilməyən, avropalılaşan, nə bilim ruslaşan analardan danışmıram. Analarımız, nənələrimiz ərləri ilə necə davranmışlar? Demək, zaman keçdikcə dəyərlərimizlə də sağollaşmalıyıq? Baay? Heyiflər olsun halımıza!
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər