RSS
 

Login:
Şifrə:
» » İctimai və mənəvi azadlıq

Xəbər lenti

Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə...
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

İctimai və mənəvi azadlıq

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 12-12-2015, 14:19 | Şərh sayı: (0) | Baxılıb: 2041

İctimai və mənəvi azadlıq


İctimai və mənəvi azadlıq


Allah-taala insanı azad yaratmış və azadlığa dəyər vermişdir. Bəşər övladının azad iradəyə malik olması da buna sübutdur. Doğrudan da, azadlıq çox böyük bir nemətdir. İnsanın azad təfəkkürü, azad və müstəqil həyatı onun üçün əvəzolunmazdır. Necə ki, Həzrət Əli (ə) buyurur: “Ey insanlar! Adəmdən nə bir qul törənib, nə də bir kəniz. Bütün insanlar azaddır. Heç kimin qulu olma, çünki Allah səni azad yaradıb!”

Ümumiyyətlə, azadlıq, özünün ağıl, mənəviyyat və fitrətlə uyğunlaşan bütün bölümləri və qisimləri ilə gözəldir. Amma sözsüz ki, bu azadlıqlar bəşəriyyətin mənəviyyatının və ağlının çərçivəsi əsasında tənzimlənməlidir. Əgər belə olmasa, çox böyük fəsadlara səbəb ola bilər. Hətta bəşər övladı bu fəsadlardan bixəbər ola bilər və bəzən onları özünə xeyirli belə sayar. Çünki insanı yaradan təkcə Uca Tanrı, nəyin onun lehinə və nəyin onun əleyhinə olduğuna tam şəkildə agahdır. Məhz belə bir ali qüdrət, insanın azadlığının hansı səviyyədə ona faydalı olmasını bilir və bunu ona söyləyir. Əsl azadlıq, nəfsani istəklərdən azad olmaqdır. Necə ki, Həzrət Əli buyurur: "Bir azad kişi yoxdurmu ki, ağızda qalmış bu artığı, dünya malını öz əhlinin ixtiyarına buraxsın?... Sizin canlarınızın qiyməti və dəyəri ancaq cənnətdir. Buna görə də onları həmin qiymətdən başqa heç nəyə satmayın."
Azadlıq, insan həyatında olduqca mühüm məsələlərdən biri kimi böyük rol oynayır. İnsanların demək olar ki, hamısı azad yaşamaq istəyirlər. Bu, insanı başqa məxluqlardan fərqləndirən üstün cəhətlərdən biridir. İnsan dünyaya azad gəlir və gərək azad yaşasın və həyatını özü nəzm-intizama salsın. "Başqasının qulu olma" -buyurduqda, İmamın məqsədi, yalnız cismi cəhətdən deyil, fikir və düşüncə cəhətdən də, bizim heç kimin fikrinə qul olmamağımızı tövsiyə edir.
Yaşadığımız dünyada, insanın bəzi hallarda azadlıq deyə dəyər verdiyi məsələlər, əsl həqiqətdə onu qula, köləyə çevirir. İnsan fitrəti, ağlı və mənəviyyatı, nəfsani istəklər tərəfindən pərdələndiyi zaman, çox acı nəticələr ortaya çıxır. Cəmiyyətdə ağır təbəqələşmə, hüquqların pozulması və bəzi insanların əməklərinin, hətta vücudlarının belə istismar olunması baş verir. Bu da sömürücü təbiətli şəxslərin mənafelərini tam şəkildə təmin edir. Deməli, yalnız Allahın təyin etdiyi azadlıqlar insanı xoşbəxt edə bilər.
Böyük islam mütəfəkkiri şəhid Mürtəza Mütəhərri azadlığı iki qismə bölür: mənəvi azadlıq və ictimai azadlıq. İctimai azadlıq dəyərlidir. Necə ki, bu gün, insanlar onu müqəddəs sayır. Peyğəmbərlərin insanlar üçün gətirdikləri hədiyyələrdən biri də, elə ictimai azadlıqdır. Amma ictimai azadlıqdandan da üstün və müqəddəs olan mənəvi azadlıqdır. Ruhun pisliklərdən azad olmasına nail olmadan, heç zaman ictimai azadlığa nail olmaq mümkün deyil. İmam Sadiq (ə) buyurur: «Hər kəsdə bu beş xislətdən biri olmasa, onda çox xeyir-bərəkət olmaz: vəfa, tədbirlilik, abır-həya, xoş xasiyyət, əvvəlki dörd xisləti özündə birləşdirən azadəlik.»
Bu gün, bəzi insanlar ictimai azadlığı təmin etmək istəyir, amma mənəvi azadlığa lazımı dəyər vermirlər. Halbuki, məsələyə belə yanaşmaq yanlışdır. Çünki ictimai azadlığın təmin edilməsi, məhz mənəvi azadlıqdan asılıdır. İslam ordusu cəmiyyətdə öz azadlıqlarının qorunması üçün getdikləri döyüşdən qalib olaraq geri qayıdanda, Peyğəmbər (s) onlara buyurdu: «Xoş gəldin deyirəm, cihadi-əsğəri (kiçik cihadı) yerinə yetirənlərə. Ancaq, böyük cihad hələ də onların öhdəsində qalmaqdadır.» Dedilər: «Ey Allahın Rəsulu, böyük cihad nədir?» Həzrət (s) buyurdu: «Nəfsə qarşı cihaddır.» Bu hədis, bizə mənəvi azadlığın ictimai azadlıqdan daha müqəddəs və üstün olduğunu çatdırır .
Şəhid Mütəhərri müasir cəmiyyətin probleminin mənəvi azadlığın olmamasında bilir və belə deyir: "Əgər insanlar mənəvi azadlığa çata bilməsələr, ictimai azadlığa da çata bilməyəcəklər. Əgər bir insan, öz nəfsinin istəklərinə yox deyə bilmirsə, o, heç vaxt azad ola bilməyəcək. Həmişə öz nəfsinin qulu olacaq. Əgər bir şəxs, öz nəfsinin qulu olarsa, o, nəfsinin sayəsində cəmiyyətdə bir çox insanın qulu olacaq. Əgər bir şəxs, asan və zillətli işi, çətin və şərəfli işə tərcih edərsə, şübhəsiz, onun ağlı nəfsinin əsiri olmuşdur. İnsanlar cəmiyyətdə həqiqi azadlığa çatmaq istəyirsə, ilk növbədə, öz daxili aləmlərini, ruhlarını azad etməlidirlər. Şəhvətin, maddiyyatın və dünya bər-bəzəyinin qulu olmamalıdırlar. İctimai azadlıq, insanın başqa şəxslərin əsarətindən azad olmasıdır. Amma mənəvi azadlıq, insanın özünün əsarətindən azad olmağına deyilir. Əgər bir kəs, öz şəhvətinin, qəzəbinin və maddiyyatın əsiri olarsa, heç vaxt başqalarının azadlığına ehtiram etməz. İctimaiyyətdə şərab içmək, qeyri-etik geyinmək, televiziyalarda fəsad dolu verilişlər və filimlər nümayiş etmək azadlıq sayılırsa, bunların törətdiyi fəsadları necə adlandırmalıyıq? Bəs bu fəsadlar, başqalarının azadlıqlarına necə təsir bağışlayır? Azadlıq, inkişaf və təkamülə çatmaqdırsa, dünyada azadlıq deyə tanınan fəsad törədən əməlləri necə adlandırmalıyıq? Bir azadlıq, başqasının inkişaf və təkamülə çatmasına mane olarsa, ona azadlıq deyilməz. Dünyada azadlığın bərpa olması yalnız fəsad törədən və ictimaiyyətə mənfi təsir edən əməllərin qadağan olması sayəsində baş verə bilər."
Azad təfəkkür, azad bəyan və azad seçim. Necə də gözəldir ki, insan, öz azad düşüncəsi, seçimi və azad bəyanı ilə fikrini ifadə edə bilsin. Amma sözsüz ki, bu azadlıqlar, bəşəriyyətin mənəviyyatının, ədəbinin və ağlının çərçivəsi əsasında tənzimlənməlidir. Sözsüz ki, hər bir təfəkkür və qələm sahibi, öz fikrini insanların heysiyyətinə toxunmadan, onların dəyərlərini ədəbsiz şəkildə təhqir etmədən bəyan etməlidir. Azadlıq, kimisə və nəyisə təhqir etmək deyil, əsl həqiqətdə sağlam düşüncəni insanlarla azad şəkildə paylaşmaq deməkdir. Hər bir qələm sahibi kimisə və nəyisə tənqid etmək istəyirsə, bunu sağlam şəkildə, yəni; ağıl, məntiq, ədəb və etik qaydalara uyğun olaraq bəyan etməlidir. İnsanların heysiyyətinə toxunaraq, onların dəyərlərini təhqir etmək, təfəkkür və azadlıq deyil, əsl mənada cahillik və özbaşınalıq sayılır. Əsl azadlıq, nəfsani istəklərdən azad olaraq, insanın pak mənəviyyat, təmiz düşüncə və azad təfəkkürlə, həqiqəti qərəzsiz olaraq araşdırmasıdır. Fəsadların bir çoxu insanların nəfsi istəklərindən qaynaqlanır. Buna görə də əvvəl insan ağlını nəfsinin əsarətindən qurtarmalıdır ki, cəmiyyətdə də azad olsun və başqalarının da azadlığına maneçilik yaratmasın. Əgər sənin azadlığın başqasının azadlığına zərər vurursa deməli nəfsindən hələ də azad olmayıbsan.
Sözümü şəhid Mütəhərrinin sözü ilə nəticə alıb sona çatdırıram. O, belə deyir: “Azadlığı insanın hədəfinə baxaraq tərif etmək lazımdır. Misal üçün əgər hədəf (cəmiyyətdə) insanlığın inkişafıdırsa, hicab azadlığa mane deyil, amma hədəf şəhəvani ləzzətlərdisə, hicab "azadlığa" manedir.”

Fuad Məmmədov



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor