HƏZRƏT ƏLİ (Ə.S.)-DAN NƏQL OLUNAN HƏDİSLƏR |
Müəllif: Betul_3 | Bölmə: Hədislər | Vaxt: 3-09-2013, 16:15 | Şərh sayı: (5) | Baxılıb: 5943
- Yaxşılıq ilə azad adamı qul etmək olar.
- Adam yanında kiməsə öyüd nəsihət vermək onu danlamaq deməkdir.
- Hər kəs öz dilinin altında gizlənib.
- Zülm edən,zülm edənin zülmünə razı olan və zülm edənə kömək edən şəxslərin hər üçü zalım və zülmdə şərikdirlər.
- Hər bir insanın qiyməti onun elmi,biliyi qədərdir.
- İnsan iman vasitəsilə bəyənilmiş işlərə tərəf istiqamətlənir.
- Ən yaxşı geyim saglamlıqdır.
- Ən qorxulu düşmən niyyətini gizli saxlayandır.
- İzzət istəyirsənsə,onu Allaha itaətdə axtar.
- Ağlın zəkatı cahillərə dözməkdir.
- Günahkarın bağışlanmasına vasitəçilik edən şəxs ehtiyacı olan adamın qanadıdır.
- Əsilzadəliyin,ləyaqətin ən yaxşısı xoş xasiyyətli,gözəl əxlaqlı olmasıdır.
- Söz danışan şəxsə baxma,onun danışdığı sözə nəzər et.
- Dil vəhşi heyvana bənzər:azad buraxsan ilan kimi çalar.
- Dözümlülük ağlın kamilliyidir.
- Öz günahından başqa heç nədən qorxma,öz Rəbbindən başqa heç kəsə ümid bağlama.
- Xoş o kəsin halına ki,arzuları qısadır və ömrünü qənimət sayır.
- Hər kəs səndən xeyir umursa onu ümidsiz etmə.
- İnsanların ən bəsirətlisi öz eyblərini görən və öz günahlarından əl çəkəndir.
- Yaxşılıqlardan ən üstünü bizi sevmək,pisliklərdən ən pisi isə bizə ədavət bəsləməkdir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər