Nəfslə mübarizənin əhəmiyyəti |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 9-12-2015, 01:46 | Şərh sayı: (1) | Baxılıb: 444
Nəfslə mübarizənin əhəmiyyəti
Allahın buyurduğu axirət əhlinin başqa bir xüsusiyyəti isə onların hər gün nəfsləri ilə mübarizə aparmalarıdır. Digər insanlar bu dünyada ürəkləri istədiyi kimi yaşadıqlarına görə, öz nəfsləri ilə mübarizə aparmazlar. Günahlara qarşı müqavimət göstərməzlər buna görə də ömürlərində yalnız bir dəfə ölərlər, halbuki axirət əhli həmişə nəfs və şeytanla mübarizə etdiklərin görə hər gün dəfələrlə ölüb-dirilərlər.
Buradan aydın olur ki, nəfsə qarşı müqavimət göstərmək ölümə dözməkdən daha çətindir. Demək onların hədəfi nə qədər ucadır ki, nəfslə razılaşmayaraq, şeytanın sözünü dinləməyərək, Allaha itaət etmək üçün hər gün ölüm ağrısını dəfələrlə çəkməyə razıdırlar. Bir an belə Allah sevgisindən məhrum qalmamaq üçün bütün varlıqları ilə hücumlara qarşı mübarizə aparırlar. Onlar hər gün yetmiş dəfə ölüm acısını dadmağa razıdırlar. Amma bir dəfə olsun dünyaya bağlanmaq, nəfsin istəklərinə boyun əymək və şeytanın əsiri olmağa razı deyillər.
Merac hədisində buyurulan bu cümlə nəfslə cihad faktorun nə qədər əhəmiyyətli olduğunu vurğulayır. İnsan nəyin bahasına olursa-olsun bu nəfsin əsarətindən özünü xilas edərək, azad olmağa çalışmalıdır. Bütün çətinliklərə dözməli və nəfsinə qarşı dayanmalıdır. Hədisdə buyurulur:
Rəsulullah (s) göndərdiyi döyüşdən dönən bir qrup səhabələrini gördü. Onlar saçları dağınıq, üst başları toz içində döyüş təchizatı ilə evlərinə dönürdülər. Rəsulullah (s), "Kiçik cihaddan böyük cihada döndünüz", - deyə buyurdu. Döyüşçülərdən biri, "Görəsən qılıncla cihaddan daha uca bir cihad vardırmı", - deyə soruşduqda isə, "Bəli, insanın nəfsiylə cihad etməsidir", - deyə söylədi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər