RSS
 

Login:
Şifrə:
» » SƏLİB YÜRÜŞLƏRİNİN TARİXİ

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






SƏLİB YÜRÜŞLƏRİNİN TARİXİ

 
Müəllif: Admin | Bölmə: Islam tarixi | Vaxt: 6-12-2015, 01:16 | Şərh sayı: (0) | Baxılıb: 410

SƏLİB YÜRÜŞLƏRİNİN TARİXİ


SƏLİB YÜRÜŞLƏRİNİN TARİXİ


Qərbi Avropa dövlətlərinin xristian dini üçün müqəddəs sayılan torpaqları (indiki Fələstin və Suriya ərazilərini) ələ keçirmək naminə XI-XIII əsrlərdə Yaxın Şərq istiqamətində həyata keçirdikləri irimiqyaslı hərbi yürüşlər tarix kitablarında "səlib yürüşləri" adı ilə xatırlanır. "Səlib" ərəb dilindən tərcümədə "xaç" deməkdir. Bu yürüşün iştirakçıları fərqlənmə rəmzi kimi öz geyimlərinə qırmızı parçadan kəsilmiş xaç simvolu tikirdilər. Buna görə də bu hərbi əməliyyatları "xaç yürüşləri", onların iştirakçılarını isə "xaçlılar" və "səlibçilər" adlandırırlar. Tarixdə səkkiz iri səlib yürüşü olmuşdur.

Səlib yürüşləri müsəlmanların tabeçiliyində olan torpaqları, xüsusilə, Həzrət İsa Məsihin (ə) məzarı yerləşən Yerusəlim (Qüds) şəhərini "kafirlər"dən xilas etmək pərdəsi altında həyata keçirilirdi. Əslində isə, bu hərbi yürüşləri törədən səbəbləri o zamankı siyasi-iqtisadi, sosial-mədəni şəraitdə axtarmaq lazımdır. Mərkəzi hakimiyyətdən uzaqlaşmağa, müstəqil olmağa can atan Avropa feodalları özləri üçün geniş ərazilər ələ keçirmək istəyirdilər. Avropadakı bütün torpaqlar artıq çoxdan bölüşdürülmüşdü. Feodallara qeydsiz-şərtsiz hakimiyyət sürmək üçün boş və sahibsiz ərazilər lazım idi. Onlar bu məqsədlə müsəlmanların əlindəki torpaqları mənimsəmək niyyətində idilər. Ardı-arası kəsilməyən daxili müharibələr, dəhşətli yoluxucu xəstəliklər sadə xalqı əldən salmışdı. Sıravi insanlar səyyahların xatirələrində rast gəlinən cənnətə bənzər yerləri, "su əvəzinə süd və bal axan çayları" ələ keçirmək arzusunda idilər. Avropanın iri ticarət mərkəzləri də mühüm strateji mövqeyə malik olan, ticarət yollarının kəsişmə nöqtəsində yerləşən torpaqlara sahib olmaq istəyirdi. Bir tərəfdən də Roma papaları öz malikanələrini Şərqə doğru genişlətmək, 1054-cü ildəki Kilsə Parçalanmasından sonra zəifləmiş nüfuzlarını Müqəddəs Torpağın hesabına möhkəmlətmək və eyni zamanda, papalıq üçün təhlükə törədən dövlətlərin başını müharibə ilə qatmaq məqsədini daşıyırdılar. Mühüm səbəblərdən biri də Bizans imperatoru I Aleksiy Komninin papaya müraciət edərək, Bizans torpaqlarını hədələyən səlcuq türklərinə qarşı mübarizədə onu dəstəkləməsini xahiş etməsi idi.

Belə bir şəraitdə 1095-ci ildə Fransanın Klermon şəhərində papa II Urban mömin xristianlara İsanın qəbrini "kafir"lərdən xilas etmək çağırışı ilə müraciət etdi. Orduya yazılan hər kəsin günahlarının bağışlanacağı vəd edilirdi. Həmçinin, papa Müqəddəs Torpağı xilas etmək uğrunda səfərə çıxacaq kəndlilərin bütün borclarının silinəcəyini də vəd vermişdi. Əsasən, sıravi xalq nümayəndələrinin qatıldığı 20 min nəfərlik ilk səlibçi ordusu 1096-cı ildə İznik şəhəri yaxınlığında (Türkiyə) səlcuqlar tərəfindən darmadağın edildi.
1096-cı ildə əsasən yüksək zümrəli fransız zadəganlarının başçılıq etdikləri 300 min nəfərlik mükəmməl silahlanmış xaçlı ordusu səlcuqları məğlub edib, Nikeya, Edessa, Antioxiya şəhərlərini ələ keçirdilər. İşğal edilmiş torpaqlarda Edessa qraflığı və Antioxiya knyazlığı yaradıldı. Hər bir şəhər ələ keçirildikdən sonra buraya kimin hökmdarlıq edəcəyi barədə zadəganların arasında mübahisələr qızışırdı. 1099-cu il iyulun 15-də səlibçilər Qüdsü ələ keçirib, şəhərdə dəhşətli qırğın törətdilər. Bundan sonra məntəqədə daha iki səlibçi dövləti - Yerusəlim krallığı və Tripoli qraflığı yarandı. Avropadan gələn yeni-yeni silahlı qüvvələr və ziyarətçilər ordusu səlibçilərin mövqeyini daha da gücləndirirdi. Bununla belə, qısa müddətdən sonra səlibçi dövlətləri ciddi təhlükələrlə üz-üzə qaldılar. Yunanıstan və Bizans kiçik miqyaslı yürüşlərlə Aralıq dənizi sahilindəki torpaq parçalarını səlibçilərdən almağa başladı. Güclənmiş müsəlman əmirləri tədrigən birləşir və xristian cəngavərlərə sarsıdıcı zərbələr endirirdilər.

Birinci səlib yürüşündə ermənilər də səlibçilərin tərəfində çıxış edirdilər. Tarixdən məlumdur ki, Antioxiya şəhəri məhz erməni millətindən olan bir şəhər sakininin xəyanəti nəticəsində xristianlara təslim edilmişdi. Həmçinin, müsəlmanlara əsir düşmüş Antioxiya knyazı Boemundun azad edilməsi üçün külli miqdarda canbahası ödəyən də ermənilər olmuşlar.

1101-ci ildə Fransa, Lombardiya və Almaniya zadəganlarının başçılıq etdiyi köməkçi xaçlı ordusu müsəlmanlar tərəfindən məğlub edildi; ordunun cüzi qalıqları Müqəddəs Torpağa gəlib-çıxdı.

1144-cü ildə Edessa qraflığı müsəlmanların həmlələri qarşısında süqut etdi. Buna cavab olaraq, 1147-ci ildə Fransa kralı VII Lüdovik, Almaniya kralı III Konrad və bir neçə alman zadəganı ikinci səlib yürüşünü təşkil etdilər. Lakin onların Dəməşqi ələ keçirmək cəhdi uğursuzluqla nəticələndi. Səlibçilər rüsvayçılıqla geri dönməyə məcbur oldular.

XII əsrin 70-ci illərində səlibçilər əfsanəvi Səlahəddin Əyyubinin timsalında özlərinə layiqli rəqib qazandılar. Yerusəlimin xristian kralı Səlahəddinlə açıq döyüşə girməkdən çəkinirdi. Lakin kralın vəfatından sonra hakimiyyəti ələ keçirmiş fransız zadəganları amansızlıqla müsəlman karvanlarını qarət etməyə və dinc əhalini qırmağa başladılar. 1187-ci ildə Səlahəddin Əyyubi Hittin savaşında səlibçilərin ordusunu darmadağın etdi, Tiveriada, Akra, Beyrut, Qeysəriyyə, Əsqəlan şəhərlərini geri aldı. Müqəddəs Qüds şəhəri müsəlmanlara qaytarıldı.

1189-cu ildə Almaniya imperatoru I Fridrix Barbarossanın rəhbərliyi altında bir neçə iri zadəganın qatıldığı üçüncü səlib yürüşü başladı. Barbarossa Müqəddəs Torpağa çatmadan, Kiçik Asiya ərazisindəki çayların birindən keçərkən boğulub öldü. Onun ordusu Akra şəhərini mühasirəyə aldı. 1191-ci ildə Fransa kralı II Filipp Avqust, İngiltərə kralı Şir Ürəkli Riçard və Avstriya hersoqu Leopold öz orduları ilə gəldilər. Yolüstü Şir Ürəkli Riçard Kipr adasını ələ keçirdi. İki illik mühasirədən sonra səlibçilər Akra şəhərinə daxil ola bildilər. Lakin səlibçi ordusunun başçıları arasında daimi rəqabət hökm sürürdü. Bir-biri ilə çəkişən sərkərdələr öz qüvvələrini birləşdirmir, dağınıq fəaliyyət göstərirdilər. Fransız kralı müttəfiqlərindən inciyib öz ölkəsinə qayıtdı. Şir Ürəkli Riçard iki dəfə Yerusəlimin qapılarına yaxınlaşsa da, şəhərə hücum etməyə cəsarəti çatmadı. 1192-ci ildə Səlahəddinlə bağlanmış müqaviləyə görə, müqəddəs şəhər yenə müsəlmanların əlində qaldı, amma xristianlar buranı ziyarət etmək hüququ qazandılar. Müqavilədən razı qalan İngiltərə kralı da tezliklə öz ölkəsinə döndü. 1193-cü ildə Səlahəddin vəfat etdi. Səlibçilər onun ölümündən sonra təşəbbüsü ələ ala biləcəklərini düşünürdülər, lakin müsəlman qüvvələri üstünlüyü qorumaqda davam edirdilər.

1199-cu ildə Roma papası III İnnokenti İsa Məsihin məzarını "kafirlər"dən təmizləmək şüarı altında yeni xaç yürüşünün başlandığını elan etdi. Qərbi Avropanın iri zadəganları öz qüvvələrini səfərbər etməyə başladılar. Bu arada hakimiyyətdən salınmış və gözləri çıxarılmış Bizans imperatoru İsaak Angelin oğlu Aleksiy Romaya gəlib, atasının intiqamını almaq və taxt-tacı geri qaytarmaq üçün papadan kömək istədi. Papa yaranmış fürsətdən istifadə edib, hərbi qüvvəni Bizansa doğru yönəltdi. Bizansın ticarət rəqibi olan Venesiya dojları səlibçilərə öz gəmilərini təklif etdilər. 1203-cü ildə səlibçilər Konstantinopolu mühasirəyə aldılar. Qəsbkar imperator qaçdı və hakimiyyət yenə İsaak Angelə qaytarıldı. Lakin 1204-cü ildə şəhərdə müxalifətçi qüvvələr yenidən çevriliş etdilər. 1204-cü il aprelin 12-də səlibçilər Konstantonopolu ələ keçirdilər. Şəhər vəhşicəsinə qarət olundu, minlərlə dinc şəhər sakini öldürüldü, xeyli memarlıq abidəsi və incəsənət əsəri məhv edildi. Beləliklə, dördüncü səlib yürüşü Müqəddəs Torpağa deyil, Bizans imperiyasına qarşı yönəlmiş oldu. Səlibçilər Bizans ərazisində Latın imperiyasını və daha üç xırda dövləti yaratdılar.

1212-ci ildə papanın çağırışı ilə on minlərlə yeniyetmə və uşağın qatıldığı yürüş təşkil edildi. Papanın fikrincə, Yerusəlimi məsum uşaqlar geri almalı idilər. Tarixə "Uşaqların xaç yürüşü" adı ilə daxil olmuş bu uğursüz cəhdin iştirakçıları Müqəddəs Torpağa gedib-çata bilmədilər. Onların bir hissəsi yoldakı məhrumiyyətlərdən öldü, bir hissəsi geri qayıtdı, İtaliyada gəmiyə minənlərin bir çoxu tufana düşüb batdı, qalanlarını da Misirdəki qul alverçilərinə satdılar. Ümumiyyətlə, tarixçilər bu yürüşün məhz uşaq alveri məqsədilə təşkil edildiyini yazırlar.

1217-ci ildə beşinci səlib yürüşü başladı. Əvvəlcədən planlaşdırıldığının əksinə olaraq, alman imperatoru, I Fridrix Barbarossanın nəvəsi II Fridrix yürüşə rəhbərliyi öhdəyə almaqdan imtina etdi; İngiltərə kralı İohann öldüyü üçün bu ölkə də yürüşə qatılmadı. Bir neçə iri zadəganın rəhbərlik etdiyi səlibçi ordusu Misiri özünə hədəf seçdi. Əvvəlcə səlibçilər əlverişli mövqeyə malik idilər, hətta onların danışıqlar yolu ilə Yerusəlimi müsəlmanlardan geri almaq şansı da vardı. Lakin səlibçilər imkanı düzgün qiymətləndirmədilər. Növbəti hərbi əməliyyatlar müsəlmanların tam qələbəsi ilə nəticələndi. 1221-ci ildə səlibçilər sağ-salamat geri qayıtmaq imkanı əldə etmək müqabilində Misirdə ələ keçirdikləri bütün torpaqlardan imtina etməli oldular. Beşinci səlib yürüşü tam iflasa uğradı.

1227-ci ildə alman imperatoru II Fridrix öz vassalları ilə altıncı səlib yürüşünə çıxdı. Böyük çətinliklərdən sonra II Fridrix Müqəddəs Torpağa qədəm qoydu. Əyyubi sultanı əl-Kamil Yerusəlim, Vifleyem və Nazareti (Nasiriyyəni) xristianlara verməli oldu. 1229-cu ildə səlibçilər Yerusəlimə girdilər. Az sonra II Fridrix vətəninə qayıtdı. Onun gedişindən sonra ordunun başçılığı bir neçə iri zadəganın arasında bölündü. Sərkərdələr bir-biri ilə yola getmir, buna görə də döyüşlərdə məğlub olurdular. Səlibçi ordusu Misirdə darmadağın edildi. Əyyubilərin köməyinə gələn Xarəzmilər 1244-cü ilin sentyabrında Qüdsü fəth etdilər. Diməşq şəhəri də müsəlmanlara qaytarıldı. Beləliklə, altıncı səlib yürüşü uğursuzluqla başa çatdı. Xristianlar Qüds şəhərini həmişəlik itirdilər.

1248-ci ildə Fransa kralı IX Lüdovik öz qardaşları və vassalları ilə birlikdə yeddinci səlib yürüşünə çıxdı. Səlibçilər Damiyetta şəhərini ələ keçirdilər, lakin Mənsuriyyə uğrunda döyüşlərdə kralın qardaşı Robert öldürüldü. Müsəlman ordusu səlibçilərin geriyə yolunu bağladı. Tezliklə xristianların düşərgəsini aclıq və xəstəlik bürüdü. 1250-ci ilin aprelində səlibçilər dəhşətli məğlubiyyətə uğradılar, IX Lüdovik əsir düşdü, Damiyettanı geri qaytarmaq və iri məbləğdə təzminat ödəmək müqabilində azad edildi.

Səlibçilərin yaratdığı Antioxiya knyazlığı 1268-ci ildə süqut etdi. 1270-ci ildə Fransa kralı IX Lüdovik Tunisdəki müsəlman Həfsi əmirliyinin üzərinə hücuma keçdi. Tunisə çatdıqdan az sonra kral, onun oğlu və papanın nümayəndəsi xəstələnib öldülər. Siciliya və Neapol kralı Anjulu Karl qoşuna başçılıq etməyi öz öhdəsinə aldı. Müsəlmanlarla sülh bağladıqdan sonra səlibçilərin bir hissəsi Avropaya qayıtdı, bir hissəsi də Müqəddəs Torpağa getdi. Lakin artıq uğur onlardan üz döndərmişdi. Bir-birinin ardınca şəhərlər səlibçilərin əlindən çıxırdı. Avropa monarxları artıq papanın çağırışı ilə İsa Məsihin məzarını xilas etmək arzusunda deyildilər. Müqəddəs Torpaqdakı səlibçilər də hakimiyyət uğrunda bir-biri ilə didişirdilər. 1289-cu ildə Tripoli qraflığı müsəlmanların hücumu qarşısında süqut etdi. 1291-ci ildə səlibçilər Yerusəlim krallığının son dayaq nöqtəsi olan Akra şəhərini itirdilər. Tir, Sidon, Beyrut şəhərləri müsəlmanlara tabe oldu. Səlibçilərin böyük bir hissəsi döyüşlərdə öldürüldü, sağ qalanlar Kipr adasına qaçdılar.

Səlib yürüşünün iştirakçısı olan cəngavərlər Müqəddəs Torpaqda tampliyer, qospitalyer (iohannit) və tevton ordenlərini yaratmışdılar. Səlibçilərin dövləti süqut etdikdən sonra qospitalyer və tampliyer ordenləri də Kiprə köçdü; daha sonra tampliyerlər Fransa ərazisinə keçdilər. Tevton ordeni isə Avropanın şimalını özü üçün fəaliyyət meydanı kimi seçdi.

Axırıncı səlib yürüşündən sonrakı iki əsr ərzində Roma papaları, krallar və ayrı-ayrı xristian rahibləri səlib yürüşü ideyasını dirçəltmək təşəbbüsü ilə çıxış etsələr də, artıq bunun heç bir faydası olmadı.

Səlib yürüşləri Avropanın siyasi-ictimai, elmi-mədəni inkişafında mühüm rol oynadı. Səlib yürüşlərinə irili-xırdalı minlərlə zadəgan cəlb edildi, onların böyük bir hissəsi döyüşlərdə öldürüldü, ya da Müqəddəs Torpaqda məskən saldı. Avropa dövlətlərində mərkəzləşmiş hakimiyyətlə rəqabət iqtidarında olan qüvvələrin azalması nəticəsində kral hakimiyyəti gücləndi. Səlib yürüşləri Avropada siniflərin yaxınlaşması istiqamətində atılmış ən mühüm addım oldu. Cəmiyyətin bütün təbəqələrinin qatıldığı bu yürüşlərdə Avropa özünü vahid ideyaya tabe olan bütöv bir qüvvə kimi göstərməyə cəhd edirdi. Səlib yürüşləri xristian-müsəlman qarşıdurması formasında təzahür etsə də, əslində bu iki mədəniyyətin bir-birini daha yaxından tanımasına və sivilizasiyaların dialoquna şərait yaratmış oldu.

Məsələyə elmi-mədəni baxımdan yanaşdıqda, bütün tədqiqatçılar səlib yürüşlərinin müsəlmanlardan daha artıq dərəcədə xristianlar üçün faydalı olduğunu qeyd etmişlər. Həqiqətən, Şərqin ən qabaqcıl elmi və texniki nailiyyətləri, adət-ənənələri, həyat tərzi səlib yürüşləri gedişində qərblilər tərəfindən mənimsənildi. Avropalılar Şərqin bir çox təbii sərvətləri ilə ilk dəfə tanış olmaq, yaxud bu sərvətləri əvvəlkinə nisbətən qat-qat ucuz qiymətə əldə etmək imkanı qazandılar. Zəfəran, şaftalı, limon, fındıq, şəkər kimi ərzaq məhsulları, müxtəlif növ ədviyyatlar Avropa mətbəxinə yol tapdı. Avropalılar gigiyeniya qaydalarını, hamam mədəniyyətini öyrəndilər. Onlar kağız, bahalı ipək parça, xalça, zərgərlik məmulatları və s. istehsalı ilə tanış oldular. Bu gün italyan, fransız, alman, ingilis dillərində işlədilən yüzlərlə ərəb mənşəli söz məhz səlib yürüşlərinin yadigarıdır. Qərblilər müsəlman tərcüməçilərin sayəsində qədim Yunanıstan və Roma irsi ilə tanışlıq əldə etdilər. Qərb dünyası hələ uzun müddət qədim dünya mütəfəkkirlərinin əsərlərini ərəb tərcümələri əsasında oxuyub-öyrəndi.

Katolik kilsəsinin buxovları altında əzilən Qərb təfəkkürü Şərqin zəngin mədəni irsi ilə tanışlıq sayəsində geniş üfüqlər qazandı. Şərq poeziyası Avropa şairlərinin yaradıcılığına zəngin süjetlər bəxş etdi. Əslində, orta əsrlər Avropa İntibahının təməlini məhz səlib yürüşləri gedişində baş vermiş elm və mədəniyyət mübadiləsi təşkil etmişdir.

XII-XIII əsrlərdə Rusiyaya, slavyan, Skandinaviya və Baltikyanı ölkələrə qarşı din pərdəsi altında həyata keçirilmiş hərbi müdaxilələr də "səlib yürüşləri" adlandırılırdı. Çexiyadakı Yan Hus hərəkatını boğmaq üçün səfərbər edilmiş qüvvələrə də bu ad verilmişdi. XIV-XV əsrlərdə Avropanın qabaqcıl dövlətləri Osmanlı imperiyasına qarşı bir neçə səlib yürüşü həyata keçirsələr də, Nikopol (Niğbolu), Varna və s. döyüşlərdə məğlubiyyətə uğradılar. Müsəlmanların Avropaya doğru irəliləməsinin qarşısı alınmadı və hadisələr 1453-cü ildə osmanlılar tərəfindən Konstantinopolun fəth edilməsi ilə nəticələndi.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor