Talaq almış qadının iddəsi ilə əri ölmüş qadının iddəsi arasında fərq varmı? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 6-06-2016, 19:49 | Şərh sayı: (0) | Baxılıb: 636
Talaq almış qadının iddəsi ilə əri ölmüş qadının iddəsi arasında fərq varmı?
Sual: Talaq almış qadının iddəsi ilə əri ölmüş qadının iddəsi arasında fərq varmı?
Cavab: Ərindən talaq almış qadının iddəsi ilə əri vəfat etmiş qadının iddəsi arasında fərq vardır. Belə ki, talaq iddəsi qadının üç dəfə heyz olması qədər davam edir. Qadın iki dəfə heyz olub paklandıqdan sonra üçüncü dəfə heyz olanda iddə bitmiş olur. Əri vəfat etmiş qadının iddəsi isə ərinin vəfatından 4 ay 10 gün keçənə kimi davam edir. Qadın yalnız bu müddətlər bitdikdən sonra yenidən ərə gedə bilər. İddənin ümumilikdə bir neçə səbəbi və faydası vardır ki, bunlardan biri və ən əsası qadının hamilə olub-olmamasının bilinməsidir. Talaq iddəsi ilə vəfat iddəsinin müddətləri arasındakı fərqin səbəbi barədə qəti bir sübut yox dərəcəsindədir. Bəzi hədislərdə buyurulur ki, talağın kədəri üç aydan (üç heyz müddəti bitincə), vəfatın kədəri isə dörd aydan sonra aradan gedir. Bəzi mənbələrdə göstərilir ki, qadının cinsi məhrumiyyətə dözüm müddəti 4 ay olduğu üçün, vəfat iddəsi də təqribən bu qədər davam edir. Kişinin öz cavan arvadı ilə cinsi əlaqədən üzürsüz yerə 4 aydan çox boyun qaçırmasının günah olması da təsadüfi deyil. Hər bir halda, bu fərqin səbəbi iahi hikmətə bağlıdır və ən doğrusunu Allah bilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər