Qadın və kişinin vahid xilqəti |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 20-01-2016, 21:28 | Şərh sayı: (0) | Baxılıb: 445
Qadın və kişinin vahid xilqəti

İslam və Qur`an baxımından qadın və kişi vahid bir xilqətə malikdir.
Tarix boyu qadınların mə`ruz qaldığı və onları bir çox hüquqlardan məhrum etmiş sıxıntıların kökü qadın vücudunun mahiyyəti ilə bağlı yanlış düşüncə tərzidir. Müxtəlif ailə mühitləri və cəmiyyətlərdə rastlaşdığımız bir çox kobud rəftarların və qarşıdurmaların səbəbi həmin yanlış baxışdır. Təəssüf ki, bütün cəmiyyətlərdə bu sayaq yanlış düşüncə və e`tiqadlar kök atmışdır. Yaxın zamanlaradək əksər avropa ölkələrində qadın ən ibtidai hüquqlardan məhrum idi. Müasir mədəniyyət qanunları əsasında qadınların bir çox hüquqları ayaq altına alınmışdı. Bə`zi ideologiyalarda, xüsusi ilə də xristianlıqda qadın insanda şübhə və tərəddüd yaradan şeytani bir mövcud kimi tanıtdırılır, kişilərin süqutunun əsas səbəbkarı kimi təqdim olunur. Bu sayaq düşüncə tərzinə hələ də əksər cəmiyyətlərdə təsadüf olunur. Bizim də əqidə və e`tiqadımızda Qur`an prinsiplərinə zidd olaraq bu sayaq xurafi münasibətlər görünməkdədir. Belə yanlış düşüncələrin zehinlərə yol tapması əməldə xoşagəlməz nəticələrlə sonuclanır.
Əgər kişi qadını vəsvəsəçil, şeytani və şər bir mövcud kimi tanısa, onu cilovlamağı özünə vəzifə biləcək, bu yolda qadını istənilən bir şəkildə sıxıntıya salmağı mümkün sayacaq. Keçmişdə bu sayaq ailə rabitələrinin nümunəsi çox olmuşdur. Həmin ailələrdə kişi ailənin himayəçisi kimi yox, müstəbid hakim kimi tanınırdı. Belə bir kişi üçün arvad-uşaq bir qul kimi idi. İndi də bə`zi ailələrdə bu sayaq münasibətlə rastlaşırıq. Belə ailələrdə yalnız qeyd-şərtsiz itaət dəyər sayılır. Ailədə kişiyə bu sayaq hərtərəfli, korkoranə və qulsayağı itaət mövcud olduqda onu, adətən, "patriarxal” adlandırırlar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər