RSS
 

Login:
Şifrə:
» » İmam Cavadın (ə) əxlaqi səciyyələrindən

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İmam Cavadın (ə) əxlaqi səciyyələrindən

 
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 13-11-2015, 22:47 | Şərh sayı: (0) | Baxılıb: 373

İmam Cavadın (ə) əxlaqi səciyyələrindən


İmam Cavadın (ə) əxlaqi səciyyələrindən


İmam Cavad (ə) yaşca kiçik olmasına baxmayaraq elm, səbr, fəsahət, ibadət və başqa cəhətlərdən misilsiz idi. Onun hər tərəfli istedadı, bəlağətli danışığı vardı. Elmi məsələlərə bədahətən cavab verərdi. Ata-babaları kimi təmizliyə çox diqqətli idi.

Bərəkətli məktub

Bost və Sistan əhlindən olan Bəni-hənifəli şəxs belə nəql edir: Mən Həccə getdiyim il Mötəsimin hakimiyyətinin başlanğıcına təsadüf edirdi. İmam Cavadla (ə) yoldaş oldum. Süfrə arxasında əyləşmişdik. Abbasi hakiminin dostlarının hüzurunda həzrətə dedim: "Sənə fəda olum, bizim hakim və valimiz sizin vilayətinizə sadiq və dost bir şəxsdir. Mənim ona vergi borcum var. Sənə fəda olum, əgər məsləhət bilsəniz ona bir məktub yazın mənə güzəşt etsin.” Həzrət buyurdu: "Onu tanımıram!” Dedim: "Sənə fəda olum, həmin şəxs siz Əhli-beytin dostlarındandır və yazacağınız məktub çox faydalı olar.” Nəhayət, həzrət kağız götürüb yazdı: "Bismillahir-Rəhmanir-Rəhim. Bu məktubu gətirən sizi yaxşılıqla xatırlayır. Əməllərindən sənə qalan yalnız yaxşılıq olacaq. Qardaşlarına yaxşılıq et və bil ki, Allah-təala zərrəcə əməlini də sorğuya çəkəcək.”
Məktubu aparan deyir: Məktubun xəbəri valiyə məndən qabaq çatmışdı. Məntəqəmizin valisi Hüseyn ibn Abdullah Nişapurinin göstərişi ilə məni şəhərdən iki fərsəx aralıda qarşıladılar. Məktubu ona təqdim etdim. Öpüb gözlərinin üstünə qoydu. Mənə dedi: "İstəyin nədir?” Dedim: "Dəftərxananıza borcum var. Onu ödəməkdə acizəm.” Göstəriş verdi ki, mənim vergi borcumu silsinlər. Sonra dedi: "Nə qədər ki, mən valiyəm vergi vermə.” Sonra məndən ailəm haqqında soruşdu. Göstəriş verdi ki, ehtiyacımızı ödəsinlər. Nə qədər ki, həmin vali sağ idi, vergi ödəmədim və ehtiyacımız lazımınca ödəndi. Məzluma himayədarlıq
Əli ibn Cüreyr deyir: İmam Cavadın (ə) xidmətində əyləşmişdim. İmama məxsus bir qoyun itmişdi. Qonşulardan birini oğurluqda ittiham edib həzrətin yanına gətirdilər.
İmam buyurdu: "Vay olsun sizə, tez onu buraxın. O oğurluq etməyib. Qoyun filankəsin evindədir, gedin gətirin!” Deyilən ünvana gedib qoyunu gətirdilər. Ev sahibi oğru kimi yaxalandı. Onu lazımınca kötəklədilər. Həmin şəxs and içdi ki, qoyunu oğurlamayıb. Onu imamın hüzuruna gətirdilər. Həzrət buyurdu: "Nə üçün ona zülm etmisiniz? Axı qoyun özü ondan xəbərsiz həyətinə daxil olub. Sonra imam onun könlünü alıb dəymiş ziyanı artıqlaması ilə ödədi.

İmam Cavadın (ə) vüqar və mətanəti

Deyirlər ki, imam Rizanın (ə) şəhadətindən sonra Məmun özünü paka çıxarmaq üçün imam Məhəmməd Təqiyə (ə) məktub yazıb ehtiram göstərərək yanına dəvət etdi. İmam Bağdada gəldi. İmam onunla görüşməmiş ova çıxdı. Yolda bir dəstə uşaqla rastlaşdı. Onlar yolun ortasında dayanmışdılar, imam Cavad (ə) da onlarla idi. Uşaqlar Məmunun dəstəsini görüb pərən-pərən düşdülər. İmam isə hərəkətsiz dayanmışdı. Nəhayət Məmun gəlib çatdı. O qarşısında dayanmış uşağın mətanətinə heyran qalıb soruşdu: "Nə üçün o birilər kimi yoldan çəkilmirsən?” İmam buyurdu: "Ey xəlifə! Yol dar deyil ki, kənara çəkilim! Günahım da yoxdur ki, səndən qaçım. Güman etmirəm ki, günahsızı cəzalandırasınız!” Uşağın sözləri Məmunu təəccübləndirdi. Uşağın hüsn-cəmalı onu özünə cəzb etdi. Soruşdu: "Adın nədir?” Həzrət buyurdu: "Adım Məhəmməddir!” Məmun soruşdu: "Kimin oğlusan?” Həzrət buyurdu: "Əli ibn Musa Rizanın oğlu!” İmamın adını eşidən Məmunun təəccübü bir anda aradan götürüldü. Öz əməlinə görə xəcalət çəkdi. İmamın pak ruhuna salam göndərib yoluna davam etdi. Səhraya çatanda bir quş görüb onun ardınca qızılquş uçurdular. Qızılquş bir müddət gözə dəymədi. O geri qayıdanda caynağında hələ də diri olan kiçik bir balıq vardı. Məmun gördüyü səhnədən təəccübləndi. Balığı əlinə alıb geri döndü. İmam Cavadla rastlaşdığı yerə çatdıqda yenə uşaqların pərən-pərən düşdüyünü gördü. İmam isə əvvəlki kimi yerində dayanmışdı. Məmun dedi: "Məhəmməd, əlimdəki nədir?” Həzrət buyurdu: "Allah bir çox dənizlər yaradıb. Buludlar həmin dəryalardan qalxır və özü ilə kiçik balıqları qaldırır. Padşahların qızılquşları onları ovlayır. Onlar həmin balığı əllərində tutub peyğəmbər ailəsini imtahana çəkirlər!” İmamın cavabından heyrətə gəlmiş Məmun dedi: "Həqiqətən sən Rizanın oğlusan! Onlardan bu sayaq qeyri-adi işlər görmək təəccüblü deyil!”

Batil əhlinin hiyləsi

Məmun hər cür hiylə işlədirdi ki, imam Cavadı (ə) özü kimi dünyapərəst etsin, nəfs istəklərinə yönəltsin. Amma onun hiylələri heç bir səmərə vermirdi. Nəhayət Məmun qərara gəldi ki, öz qızını imama ərə versin. Məmun göstəriş verdi ki, gözəlliyi ilə seçilən yüz kəniz əllərində cəvahir dolu sini tutub bəy otağında həzrəti qarşılasınlar.
Amma imam Cavad həmin kənizlərə zərrəcə diqqət yetirmədi. Məmun xoş avazlı bir müğənni çağırdı. Müğənni dedi: "Ey Əmirəl-möminin! Əgər mənim işim imam Cavadı dünyaya rəğbətləndirməkdirsə, bunu bacararam.” Sonra müğənni imamın qarşısında oturub oxumağa başladı. Belə ki, bütün ev əhli onun səsinə yığışdı. Müğənni rübab çalıb məlahətli səslə oxuyurdu. Amma imam bir saat davam edən musiqiyə zərrəcə diqqət yetirmədi. Musiqi başa çatdıqdan sonra həzrət buyurdu: "Allahdan qorx, ey uzunsaqqal kişi!” İmamın buyuruğundan sonra rübab müğənninin əlindən düşdü. Məmun ondan soruşdu: "Sənə nə oldu?” Dedi: "İmam mənə səsini qaldırdığı vaxt elə titrədim ki, bir daha özümə gəlmərəm!”

İmam Cavad (ə) haqqında Şafeinin nəzəri

Kəmaləddin Şafei böyük sünni alimlərindəndir. O imam Cavad haqqında yazır: "O (imam Məhəmməd Cavad) ikinci Əbu Cəfər Məhəmməddir. (Birinci Məhəmməd Baqir, ikinci Məhəmməd Təqi) O uca məqama malikdir. Adı dildən-dilə gəzir. Onun geniş qəlbi, iti baxışı və şirin bəyanı hamını özünə cəlb etmişdi. Az yaşasa da uca məqama çatmışdı, onu görən özündən ixtiyarsız baş əyirdi. Onunla görüşən elmindən faydalanırdı. O ətrafdakıların bəhrələndiyi nur çeşməsi idi. Ağıl və zehn onun elm və mərifətindən faydalanırdı.”



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor