Nəyə görə işğal edilmiş torpaqlar üçün məhz Qüds simvol olaraq seçilib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 30-06-2016, 14:49 | Şərh sayı: (0) | Baxılıb: 349
Nəyə görə işğal edilmiş torpaqlar üçün məhz Qüds simvol olaraq seçilib
Hər il Ramazan ayının sonuncu cümə günü dünyanın işğalçı güclərinə, o cümlədən Qüdsü və Fələstini işğal altında saxlayan İsrail rejiminə etiraz günü kimi qeyd edilir. Maraqlıdır, bəs nəyə görə işğal edilmiş torpaqlar üçün məhz Qüds simvol olaraq seçilib?
Ixlas.Az xəbər verir ki, bu barədə FaktXəbər-ə açıqlama verən Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev bildirdi ki, İslam dünyasında bu gün də işğala məruz qalmış ölkələr və torpaqlar var: “İşğala məruz qalmış, torpaqları qəsb olunmuş ölkələrdən biri də vətənimiz Azərbaycandır. Bildiyiniz kimi Azərbaycanın göz bəbəyi hesab edilən Şuşamız 25 ilə yaxındır düşmən tapdağı altındadır. Hər il biz Şuşa başda olmaqla Azərbaycanın işğal edilmiş digər torpaqlarının da anım günlərini qeyd edir, işğalın, işğalçının mahiyyətini göstərən açıqlamalar veririk. Ancaq Qüds gününün geniş miqyasda, ilbəil daha da ətraflı şəkildə qeyd olunmasının əsas səbəbi bundan ibarətdir ki, heç bir coğrafi sərhəd tanımadan bütün müsəlmanların ilk qibləsi olub. Bütün müsəlmanları özünə cəlb eləyən amil kimi bu məsələ daha çox önəm daşıyır. İmam Xomeyni də Ramazan ayının son cümə gününün məhz bu cür qeyd edilməli olması barədə açıqlaması ilə bəyan elədi ki, Qüds əslində İslam günüdür. Bu cəhətdən harada olmağından asılı olmayaq, bütün İslam ölkələrində müsəlman olan şəxs namaz qılarkən, ibadət-itaət edərkən və Allah qarşısında öz bəndəçilik vəziyyətini yerinə yetirərkən üzünü qibləyə tutmalıdır. Qüds də müsəlmanların ilk qibləsi kimi heç bir məzhəbin, cərəyanların ixtilafı olmadan bütün müsəlmanları özünə cəm edir və İslamın dirçəliş günü kimi qeyd olunur.”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər