Qüds Günü İmam Xomeyninin dünyanın zülmə məruz qalmış xalqlarına etdiyi bir çağırışdır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 30-06-2016, 14:45 | Şərh sayı: (0) | Baxılıb: 490
Qüds Günü İmam Xomeyninin dünyanın zülmə məruz qalmış xalqlarına etdiyi bir çağırışdır
Qüds Günü ilk dəfə 1982-ci ildə İslam İnqilabının banisi Ayətullah Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək üçün keçirilib. O vaxtdan İranda, Livanda və bir çox müsəlman ölkələrində hər il Mübarək Ramazan ayının sonuncu cümə günü Fələstin xalqına dəstək tədbirləri məqsədi ilə Qüds Günü keçirilir.
Ramazan ayının son cüməsi bütün dünyada olduğu kimi, Azərbaycanda da beynəlxalq Qüds Günü kimi qeyd edilir.
Bu günün əhəmiyyəti və mahiyyəti ilə bağlı ruhani Cəlal Şəfiyev Maide.Az -a açıqlamasında bunları bildirib:
"Bismillahir-rəhmanir-rəhim. Mənə elə gəlir ki, hər bir məsələdə olduğu kimi, Beynəlxalq Qüds Gününün də mahiyyət və dəyərini, onun banisinin amal və məqsədində axtarmaq lazımdır.
Qüds Günü 34 il öncə o böyük insan - Ayətullah Xomeyninin böyük ruhundan, qeyrətindən, imanından, müdrikliyindən, uzaqgörənliyindən və məzlumlara olan ürək yanğısından qaynaqlanaraq, dünyanın zülmə məruz qalmış xalqlarına etdiyi bir çağırışdır.
O böyük insan, zülmə məruz qalmış xalqların zülmdən xilas olmaq yolunu, onların zülmün önündə durmağı özlərinin həyat tərzinə çevirmək və Ramazan ayının sonuncu cüməsində, yəni müəyyən bir gündə, kütləvi şəkildə, əl-ələ verib, həmsəda olub, coşan bir sel kimi gücə çevrilib, haqlarını qəsb edən, onlara acımadan zülm edən müstəkbirlərə qarşı çıxmaqda gördü.
Dünya məzlumları 34 il öncə bu çağırışa "ləbbeyk" deyib məzlum və çarəsiz Fələstin xalqının yanında olub, Qüdsü azad etməklə hegemon, qəsbkar və zalımı susdursaydılar, bu gün Qarabağda, İraqda, Suriyada zülmə məruz qalmazdılar."
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər