Cəbhədə vəziyyət niyə gərginləşib? - XİN-dən açıqlama |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-12-2015, 11:54 | Şərh sayı: (0) | Baxılıb: 281
Cəbhədə vəziyyət niyə gərginləşib? - XİN-dən açıqlama
Təcrübə göstərir ki, prezidentlər səviyyəsində görüş keçirilərkən Ermənistan təxribatçı addımlara əl atır və qəsdən vəziyyəti gərginləşdirir. 19 dekabr tarixində Berndə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilmiş prezidentlərin görüşündən sonra da Ermənistan bu kimi təxribatlara əl atdı.
Milli.Az xəbər verir ki, bunu XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İsrailin "İ24News" telekanalının canlı efirində Ermənistan-Azərbaycan silahlı qüvvələrinin təmas xəttində, cəbhədə yaranmış gərginlik və münaqişənin həlli ilə əlaqədar sualları cavablandırarkən deyib.
H.Hacıyev qeyd edib ki, hazırda danışıqlarda münaqişənin həlli ilə əlaqədar konkret təkliflər var.
XİN-nin sözçüsü, həmçinin bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü 20 ildən artıq bir dövrdə davam edir: "İlk növbədə, bu suala cavab verməliyik ki, nəyə görə gərginlik və ya atəşkəsin pozulması baş verir? Çünki Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz olaraq Ermənistanın işğalçı qüvvələri mövcuddur. Ermənistan, eyni zamanda, Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə törədib və bunun nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb".
Onun sözlərinə görə, Ermənistanın bu əməllərlə əsl məqsədi münaqişənin əsasını təşkil edən işğal və təcavüzdən yayınmaq və münaqişənin həllinə imkan verməməkdən ibarətdir:
"Atəşkəs rejimi, əslində, nisbi xarakter daşıyır. Atəşkəs münaqişənin nəticələrinin, işğal və təcavüzün aradan qaldırılması və münaqişənin həlli üçün əlverişli imkan və mühit yarada bilərdi. Əgər kimlərsə nə vaxtsa iddia edirdilərsə "bu münaqişə dondurulmuşdur" onlar yanılırlar. Ermənistan öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxardıqdan sonra münaqişənin həlli tezliklə mümkün ola bilər".
İlkin İzzət
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər