Sionistlər təqribən 180 fələstinlini şəhid ediblər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 6-01-2016, 20:16 | Şərh sayı: (0) | Baxılıb: 290
Sionistlər təqribən 180 fələstinlini şəhid ediblər
Sionist rejim hərbçiləri 2015-ci ildə təqribən 180 fələstinlini şəhid ediblər.
IRNA-nın məlumatına görə, Fələstin şəhid ailələrinin vətən toplanışı qurumu çərşənbə günü bildirib ki, sionist hərbçilər 2015-ci ildə təqribən 180 fələstinlini qərb sahilinin müxtəlif məntəqələri, Beytulmuqəddəs və Qəzzə zolağında şəhid ediblər ki, onların arasında 15 qadın, bir uşaq və 72 yaşlı bir qoca arvad var.
Bu məlumata görə, hələ sionist rejimin girov götürdüyü on beş fələstinli şəhidin cənazəsi dəfn üçün öz ailəsinə təhvil verilməyibdir.
Belə bir halda, sionist hərbçilər çərşənbə günü qərb sahilinin müxtəlif məntəqələrinə hücum edərək, azı on beş fələstinlini həbs ediblər.
Fələstin ərazilərinin müxtəlif məntəqələri 2015-ci ilin oktyabr ayının əvvəllərindən bəri fələstinlilərin sionist rejimin təcavüzkar siyasətləri, Beytulmuqəddəsin mahiyyətinin təhrif olunması fitnəsi və Məsciduləqsanın zaman və məkan cəhətdən bölünməsi planına qarşı etirazlarının şahidi olubdur.
Bu etirazlar Qüds intifazəsilə nəticələnibdir ki, hələ də davam edir.
Qüds intifazəsində təqribən 147 fələstinli şəhid olub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər