Mustafa Cəmil Krımoğlu Ermənistana qarşı sanksiyaların tətbiqinə çağırdı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 3-02-2016, 01:32 | Şərh sayı: (0) | Baxılıb: 287
Mustafa Cəmil Krımoğlu Ermənistana qarşı sanksiyaların tətbiqinə çağırdı
“İşğal edilmiş ərazilər mümkün qədər tez azad edilməlidir”.
Krım tatarlarını lideri, Ukraynanın xalq deputatı Mustafa Cəmil Krımoğlu Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinə çağırıb, Oxu.Az “Krım xəbərlər Agentliyi”nə istinadən xəbər verir.
Bildirilir ki, Cemilev AŞPA-da Ukrayna heyətinin tərkibində Fransaya səfər edib. Xatırladaq ki, AŞPA-nın qış sessiyası yanvar ayının 25-dən 29-dək Strasburqda keçirilib.
Mustafa Cəmil öz çıxışına Dağlıq Qarabağda yaranan vəziyyətə dair əsaslı və obyektiv məruzə üçün AŞPA-nın Siyasi məsələlər və demokratiya komitəsinin məruzəçisi Robert Uolterə təşəkkür ilə başlayıb.
M. Cəmil qeyd edib ki, Uolterin məruzəsində və əlavə edilən qətnamə layihəsində suveren dövlətin ərazisinin işğal edənin kim olduğu dəqiq göstərilib, nəticədə 25 il sürən bu işğalda minlərlə insan ölüb.
Krımoğlunun fikrincə, Ermənistan yalnız beynəlxalq hüquq normalarına zidd olaraq işğal edilmiş əraziləri əlində saxlamaqla yanaşı, həmçinin digər ölkələrə qarşı işğalçı siyasət yürüdən ölkələri müttəfiq axtarmaqda dəstəkləyir.
Axı heç kim üçün sirr deyil ki, Ermənistan Ukrayna ilə kifayət qədər dost münasibətləri saxlasa da, 2014-cü il 27 mart tarixində BMT Baş Assambleyasında Rusiyanın Ukraynaya qarşı təcavüzünü və Krım yarımadasının işğalını dəstəkləyərkən, Moskvanın yardımı ilə Dağlıq Qarabağın işğalını davam etdirmək məqsədindən çıxış edib.
“Ehtimal edirəm ki, işğalçı dövlətə qarşı sanksiyalar yetərincə səmərəli olmalıdır və işğal edilmiş ərazilərin mümkün qədər tez azad olmasına istiqmətlənməlidir”, - o bəyan edib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər