Son 15 ildə minlərlə insanın həyatına son qoymuş viruslar |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 20-05-2016, 06:46 | Şərh sayı: (0) | Baxılıb: 257
Son 15 ildə minlərlə insanın həyatına son qoymuş viruslar
Ebola, H1N1, H5N1 kimi bir çox dəhşətli viruslar son 15 ildə minlərlə insanın ölümünə səbəb olub.
Son zamanlar Cənubi Amerikada meydana gələn ZİKA epidemiyası, virusların səbəb olduğu xəstəlikləri yenidən gündəmə gətirib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2000-ci ildən bu yana adıçəkilən viruslarla bağlı xəstliklərin çoxunun müalicəsi və peyvəndi yoxdur. Ən çox ölüm donuz qripi və Ebola epidemiyası nəticəsində olub.
Ən ölümcül virus Ebola oldu
İlk dəfə 1976-ci ildə Konqoda meydana çıxan Ebola, 2013-cü ilin dekabr ayında Qərbi Afrikada yenidən görülməyə başlandı. Qvineyada yayılan Ebola virusu 28638 nəfərdə rast gəlinib. Bu xəstələrdən 11 mini həyatını itirib. Ebolaya qarşı peyvəndin yaradılması ilə bağlı işlər davam edir.
Son 50 ilin epidemiyası "donuz qripi”
ÜST tərəfindən "geniş diametrli epidemiya" olaraq bilinən "donuz qripi” kimi tanınan H1N1 virusu son 50 ildə ən geniş yayılan epidemiyadır. Virus Amerika qitəsinin ardınca 2009-cu ilin martından etibarən bütün dünyaya yayıldı. Xüsusiyyətləri mövsümi qripdən fərqli olmayan xəstəliyin peyvəndi hazırda ABŞ, İsveç və Macarıstanda istifadə edilir.
SARS
Şiddətli kəskin tənəffüs yolu sindromu (SARS), ilk dəfə 2003-cü ilin fevralında Avropa, Şimali Amerika və Asiyada müşahidə edilib. Virus, qısa müddətdə 37 ölkədə yayıldı. Bu virusa 8422 adam yoluxub ki, onların 916-sı həyatını itirib. Ancaq, 2004-cü ildən bu yana dünyanın heç bir yerində SARS virusuna rast gəlinməyib.
MERS
MERS virusu ilk dəfə 2012-ci ilin sentyabr ayında Səudiyyə Ərəbistanında ortaya çıxıb. Səhiyyə Nazirliyi bildirib ki, Səudiyyə Ərəbistanıda son üç ildə MERS virusunu yoluxan 950 adamdan 412-si vəfat edib. MERS diaqnozu qoyulan xəstələrin təxminən 35-40 faizinin həyatını itirdiyi bildirilir.
Quş qripi
Xalq arasında "toyuq vəbası” və ya "quş qripi” olaraq bilinən "A qrupu” qrip viruslar, qanadlı heyvanlarda tənəffüs və sinir sisteminə aid əlamətlərlə birlikdə ölümə səbəb olan yoluxucu xəstəliyə gətirib çıxarır. 2003-2008-ci illərdə evcil və vəhşi heyvanlarda, ümumilikdə 61 ölkədə 5 mindən çox "quş qripi”nə rast gəlinib. ÜST-ün məlumatına görə, "quş qripi” səbəbilə 245 adam həyatını itirib.
KKHA
İlk dəfə 1944-cü ildə Qərbi Krımda rast gəlinən KKHA-nın gənə tərəfindən daşınan heyvan mənşəli infeksiya olduğu bilinir. Son illərdə müalicədəki irəliləyişə baxmayaraq, yoluxucu ölüm nisbətlərinin hələ də yüksək olduğu deyilir. Xəstəliyin qızdırma, baş ağrısı, halsızlıq, üz və sinədə qırmızı ləkələr, gözdə qızartı, bədən, qol və ayaqlarda bənövşəyi ləkələr, burun qanaması, nəcisdə və sidikdə qan görülməsi kimi əlamətləri var.
Son illərin bəlası - Zika
İlk dəfə 1947-ci ildə Uqandada Zika meşələrində meymunlarda rast gəlinən virus, 2015-ci ilin may ayında Aedes cinsi dişi ağcaqanadlar vasitəsilə yayılaraq Braziliyada yayılmağa başladı.
Məlumata görə, Zika virusunun hamilə qadınlara yoluxması nəticəsində dünyaya gələn uşaqlarda həm əqli, həm fiziki çatışmazlıq meydana gəlir.
Zika virusunun yayıldığı Braziliyada, oktyabrdan bu yana 3 min 500-dən çox körpəyə "mikrosefaliya" diaqnozu qoyulub. Son olaraq Havay adalarında yeni doğulan bir körpədə Zika virusuna bağlı doğum qüsuru aşkarlanıb. Beyin funksiyalarında pozulmaya səbəb olan Zika virusunu daşıyan 51 körpənin həyatını itirdiyi bildirilir. ÜST, 23 ölkədə rast gəlinən Zika virusunun xüsusilə Cənubi Amerikada yayılmağa davam etdiyini deyib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər