ÜST: “Ebola” virusunun yeni formasına qarşı vaksin yoxdur |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-01-2016, 19:15 | Şərh sayı: (0) | Baxılıb: 232
ÜST: “Ebola” virusunun yeni formasına qarşı vaksin yoxdur
Syerra-Leonedə “Ebola” virusuna iki yeni yoluxma halı xəstəliyin ikinci nəslinə aiddir.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ebola üzrə xüsusi nümayəndəsi Bryus Eylvard bəyan edib.
“Ebola" mutasiya edir. Xəstəliyin ikinci nəslinə aid vaksin hələ ki, yoxdur. Üçüncü nəsil formasının olub-olmayacağı isə hələ ki sual altındadır”, deyə B. Eylvard bildirib.
Yanvarın 21-də Ümumdünya Səhiyyə Təşkilatı Syerra-Leonedə “Ebola” virusuna yeni yoluxma halları qeydə alıb. Qeyd edək ki, 2015-ci ilin noyabrında ölkədə epidemiyanın sona çatdığı bəyan edilmiş, Syerra-Leone “Ebola”dan azad ölkə elan olunmuşdu.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər