"Zika" virusu Kanadaya çatıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-01-2016, 21:17 | Şərh sayı: (0) | Baxılıb: 271
"Zika" virusu Kanadaya çatıb
Kanadada insanların "Zika" virusuna yoluxmasıyla bağlı ümumilikdə 3 hal qeydə alınıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.
Qeyd olunur ki, xəstələnənlərin hər üçü Latın Amerikası ölkələrində - Kolumbiya və Salvadorda olub. İki yoluxma halı Britaniya Kolumbiyası əyalətində qeydə alınıb. Hər iki xəstə sağalıb. Üçüncü hal isə Albert əyalətində qeydə alınıb.
Ölkənin Səhiyyə Nazirliyinin nümayəndələri əhalini sakitləşdirəcək bəyanatla çıxış edib: "Bu virus iqlim xüsusiyyətlərinə görə Kanadada yaşaya bilməz. Yalnız ölkə sərhədlərindən çölə çıxanlar bu virusa yoluxa bilər".
Qeyd edək ki, Zika virusu 1947-ci ildə müəyyən edilib. Onun daşıyıcısı "Aedes aegypti" adlı ağcaqanad növləridir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər