Donuz qripinin ardınca yeni bəla gəldi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-01-2016, 19:50 | Şərh sayı: (0) | Baxılıb: 311
Donuz qripinin ardınca yeni bəla gəldi

Ağcaqanadların yoluxdurduğu Zika virusu yeni doğulan uşaqlarda beyin zədələnməsinə səbəb olur. Beləliklə, virus ağcaqanad vasitəsilə xəstə insandan sağlam insana keçir. Qrip şəklində özünü büruzə verən xəstəlik halsızlıq, qusma, qızdırma, dəridə, gözdə qızartıya səbəb olur. Hamilə qadınlar Zika virusuna yoluxduğu təqdirdə bu, şikəst uşaqların doğulmasına yol aça bilər. Uşaqlarda beyin deformasiyasına səbəb olan virus Braziliyada 4 min uşağın anormal başla doğulmasına gətirib çıxarıb. Mikrosefaliya, yəni baş çevrəsinin anormal kiçikliyi isə müayinə ilə düzəlmir. Zika virusunu araşdıran amerikalı alimlər ona qarşı peyvəndin ancaq 10 il sonra tapılacağını bildiriblər. Dünya Səhiyyə Təşkilatının regional bölməsi olan Pan Amerika Səhiyyə Təşkilatı xəstəliyin 22 ölkədə, xüsusən də Cənubi Amerikada yayıldığını bəyan edib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər