Braziliya: Zika virusunun yayılmasına baxmayaraq olimpiada keçiriləcək |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 16:13 | Şərh sayı: (0) | Baxılıb: 278
Braziliya: Zika virusunun yayılmasına baxmayaraq olimpiada keçiriləcək
ÜST Zika virusunu Ebola ilə eyni narahatlıq kateqoriyasına salır
Rio Olimpiadasının Zika virusunun yayılmasına görə ləğv edilməsi mümkün deyil,- Braziliya tərəfi bildirib.
Hakimiyyət qeyd edib ki, avqustda baş tutacaq tədbirdə hamilə qadınlardan başqa, idmançılar və tamaşaçılar üçün heç bir risk yoxdur.
Daha öncə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Zika virusu ilə əlaqələndirilən xəstəliyin birləşmiş cavab tələb edən qlobal təhlükə daşıdığı barədə xəbərdarlıq edib.
Bu infeksiyaya yoluxmuş körpələr lazımınca inkişaf etməmiş beyinlə doğulur.
Ekspertlər ehtiyatlanır ki, Latın Amerikasında ağcaqanadlarla yayılmış virus daha geniş ərazilərə sürətlə yayılır və bu hal dağıdıcı nəticələrə gətirib çıxara bilər.
“Biz Braziliyaya gələnlərə, idmançılara izah etməliyik ki, əgər hamilə qadın deyilsinizsə, bu virusa yoluxmağınızın sıfır riski var", Reuters prezident Dilma Rousseff-in baş qərargah rəisi Jaques Wagner-ə istinad edir.
Prezident ağcaqanadların məhv edilməsi üçün ölkənin sanitariya xidmətlərinə, lazım gəlsə, özəl mülkiyyətlərə daxil olmaq üçün zor tətbiq etmək hüququ verib.
Müfəttişlər indi əgər lazımi polis çağıra bilərlər, 200 mindən çox qoşun bu cür yoxlamalar üçün göndərilib.
Braziliya Səhiyyə Nazirliyi bildirib ki, ölkədəki 49 milyon ev təsərrüfatının təqribən 25 faizi yoxlanılıb.
Bu infeksiyaya yoluxmuş körpələr lazımınca inkişaf etməmiş beyinlə doğulur
ÜST Zika virusunu Ebola ilə eyni narahatlıq kateqoriyasına salır. Bu o deməkdir ki, tədqiqat və yardım infeksiyanın öhdəsindən gəlmək üçün sürətlə izlənəcək.
Oktyabrndan bəri Braziliyada bu virusla bağlı təxminən 4 min hadisə baş verib.
ÜST Ebolanın yayılmasını fövqəladə hal elan etməkdə çox gözlədiyi üçün ağır tənqidlər ilə üzləşib.
Hazırda Zika virusuna qarşı heç bir vaksin yoxdur. Bu virusa yoluxmamaq üçün çalışmaq lazımdır ki, virusu yayan Aedes ağcaqanadı səni sancmasın – bunun yeganə çarəsi budur.
ÜST xəbərdarlıq edib ki, Zika Amerika Qitəsində "partlayışla yayıla" bilər.
Yoluxmaların çoxu mülayimdir və az və ya heç xəstəlik əlaməti göstərmir, amma Guillain-Barre sindromu adlanan nadir iflici xəstəliyinin bəzi halları barədə də məlumatlar var.
Bu virusun xüsusilə hamilə qadının bətnindəki embrion üçün daha ciddi təhlükə təşkil etdiyi ehtimal olunur (BBC).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər