"Erməniləri elə susdurublar ki, cınqırları da çıxmayıb" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-04-2016, 21:51 | Şərh sayı: (0) | Baxılıb: 284
"Erməniləri elə susdurublar ki, cınqırları da çıxmayıb"

Bu barədə Milli.Az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Məhərrəm Cahangirov ötən gecə Ermənistanın silahlı birləşmələrinin Azərbaycanın işğal etdiyi ərazilərdən Tərtər şəhərini və Qapanlı kəndini ağır artilleriya silahlarından atəşə tutmasının səbəblərini izah edərkən deyib.
Ekspert qeyd edib ki, ermənilərin məqsədi yerli camaatı qorxutmaq, onları evlərini tərk edib qaçmağa məcbur etməkdir: "Silahlı Qüvvələrimiz isə ermənilərin artilleriya atəşinə cavab olaraq erməniləri elə susdurublar ki, daha cınqırları da çıxmayıb. Ermənilərin bu təxribatlarına baxmayaraq, Azərbaycan tərəfi nə bir itki verməyib, yerli əhalidən də heç kim yurd-yuvasını tərk edib getmir. Sadəcə, dağıntılar var, evlərə ziyan dəyib, amma artıq onlar buna öyrəşib, gözləri heç nədən qorxmur. Orduya da böyük inamları var, əhval-ruhiyyəsi yüksək səviyyədədir. Ona görə də ermənilərin əhalini atəşə tutması onların gözünü qorxutmaqdansa, əksinə onları daha da möhkəmləndirir, əzmkar edir".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər