Atəş altındakı Qapanlıdan XƏBƏR GƏLDİ |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-04-2016, 11:15 | Şərh sayı: (0) | Baxılıb: 314
Atəş altındakı Qapanlıdan XƏBƏR GƏLDİ
Aprelin 25-dən 26-na keçən gecə Qapanlı kəndində bir neçə evə ciddi ziyan dəyib.
Bu barədə Milli.Az-a Tərtər rayon Qapanlı bələdiyyəsi Suliddin Ələkbərov deyib.
Bələdiyyə sədrinin sözlərinə görə, ermənilərin kəndi artilleriya atəşinə tutması nəticəsində əhali arasında xəsarət alan olmayıb: "Şükürlər olsun ki, insanlardan ölən və yaralanan olmayıb. O baxımdan salamatdır və heç kim də kəndi tərk etmir. Amma evlərə ziyan dəyib. Hələlik bizdə olan məlumata görə, 5 evə mərmi düşüb, ciddi ziyan dəyib".
S.Ələkbərov qeyd edib ki, ermənilərin atəşi nəticəsində kənddə kommunikasiya xətləri də dağıdılıb: "Mərmilər dəyib, qaz və işıq xətlərini dağıdıb. Hazırda onların bərpası ilə məşğuluq".
Bələdiyyə sədri əlavə edib ki, hazırda sakitlikdir, atışma yoxdur: "Qonşu kəndlərlə də əlaqə saxlayırıq. Onlarda da vəziyyət eynidir".
Qeyd edək ki, Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, aprelin 26-sı saat 01.05-dən başlayaraq saat 04.25-dək erməni silahlı bölmələri tərəfindən Tərtər şəhəri və rayonun ərazisi, eləcə də Qapanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından və DM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.
İlkin İzzət
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər