Ermənilər məscidi atəşə tutdular, 1 mülki vətəndaş öldü |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 4-04-2016, 20:39 | Şərh sayı: (0) | Baxılıb: 341
Ermənilər məscidi atəşə tutdular, 1 mülki vətəndaş öldü
Erməni hərbi birləşmələri Ağdam rayonunun Əhmədağalılar kəndini atəşə tutub. Bu barədə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov Trend-ə məlumat verib.
İcra başçısı bildirib ki, ermənilərin ağır artilleriyalardan açdığı atəş nəticəsində mərmilərdən biri Əhməağalılar kəndindəki məscidə düşüb. Hadisə nəticəsində məsciddə olan kənd sakini, 1954-cü il təvəllüdlü Dadaşov Qaraş Şahlar oğlu aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
----------
17:44
Ermənistan Silahlı Qüvvələri təmas xəttindən xeyli uzaqda yerləşən yaşayış məntəqələrini reaktiv artilleriya qurğuları və uzaqvuran toplardan atəşə tutmağa başlayıb.
APA-nın xəbərinə görə, düşmənin Ağdamın Əhmədağalı Ərazi Vahidliyinin Şərifli kəndini atəşə tutması nəticəsində yaranan mərmi partlayışları zamanı kənd sakini, 1954-cü il təvəllüdlü Dadaşov Qaraş Şahmar oğlu həyatını itirib.
Bu gün erməni silahlı qüvvələri Üçoğlan və Xındırıstan ərazi vahidliklərini də atəşə tutub. Üçoğlan ərazi vahidliyinin Ballar kəndinin ərazisinə 5 artilleriya mərmisi atılıb.
Yaşayış məntəqələrinə tuşlanan mərmilərdən biri həyətyanı sahəyə düşüb. Xəsarət alan olmayıb. Digər dörd mərmi isə kəndin yaxınlığında əkin sahələrində partlayıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər