Azərbaycan Ordusuna əlavə güc verən nədir? - RƏSMİ |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 4-04-2016, 11:40 | Şərh sayı: (0) | Baxılıb: 262
Azərbaycan Ordusuna əlavə güc verən nədir? - RƏSMİ
İnsanlardan həm birbaşa hərbi hissələrə, həm Müdafiə Nazirliyinin mətbuat xidmətinə, həm də digər strukturlara məktub və telefon zəngləri müraciətlər daxil olur. Camaatın orduya dəstəyi çox böyükdür. Xalqımız həmişə olduğu kimi yenə də Silahlı Qüvvələrimizlə bir yerdədir. İnsanlarda döyüş ruhu, döyüş əzmi çox yüksəkdir.
Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.
Müdafiə Nazirliyinin rəsmisi qeyd edib ki, ordu ilə mülki şəxslər arasında münasibətlər çox yüksək səviyyədədir: "Xalqın böyük dəstəyi hiss olunur. Təmas xəttində lap ön xəttə yaxın yaşayış məntəqələrimiz var. Hətta orada belə insanlar ordu ilə bir yerdədirlər. Baxmayaraq ki, evlərə mərmilər atılır, atəşə məruz qalırlar, vətəndaşlarımız yenə öz yerindədir, heç kim heç yerə getmək fikrində deyil. Çünki onlarda orduya böyük inam var. Bunu yerli icra orqanları da deyirlər, biz də müşahidə edirik. Bu, zabitlərimizə, gizirlərimizə, əsgərlərimizə əlavə güc verir. Bu, çox yaxşı keyfiyyət, əla xüsusiyyətdir".
Qeyd edək ki, aprelin 2-dən etibarən Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində bütün cəbhə boyu vəziyyət gərginləşib. Ordumuzun Ermənistan silahlı bölmələrinin təxribatlarına cavab olaraq keçirdiyi uğurlu əməliyyatlar nəticəsində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.
Döyüşlərdə ermənilərə məxsus 16 ədəd tank, 20-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.
Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 15 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb. Bundan əlavə, ermənilərin yaşayış məntəqələrini intensiv atəşə tutması nəticəsində mülki şəxslər arasında da ölən və yaralananlar var.
İlkin İzzət
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər