Erməni kəşfiyyatının "atası": "Bakı bizə baş əydirəcək" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-04-2016, 19:33 | Şərh sayı: (0) | Baxılıb: 276
Erməni kəşfiyyatının "atası": "Bakı bizə baş əydirəcək"
"Dağlıq Qarabağ məsələsini həll etmək üçün Azərbaycan istənilən an yeni müharibəyə başlaya bilər. Özü də bizə "qardaş və müttəfiq" deyən Rusiya Azərbaycanı tam dəstəkləyir".
Ermənistanın Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri, İrəvanda "erməni kəşfiyyatının atası" sayılan David Şahnazaryanın fikrincə, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş danışıqlar prosesində İrəvan indiyədək malik olduğu mövqelərin tam əksəriyyətini itirib.
1in.am-a verdiyi müsahibəsində o bildirib ki, indi Azərbaycanı tək Rusiya yox, ABŞ və Fransa da dəstəkləməyə başlayıb.
"Azərbaycan bizi üstələyir. Belə getsə, Bakı bizə baş əydirəcək. Çünki Azərbaycanla müqayisədə Ermənistan geosiyasi, iqtisadi və digər anlamlar baxımından Qərb üçün daha az əhəmiyyət kəsb edir. Bunu Qərb siyasətçiləri ilə diplomatlar indiyədək demirdilərsə, indi açıq-aşkar söyləyirlər. Yalnız özümüzə bel bağlamalıyıq", - İrəvandakı Regional Tədqiqatlar Mərkəzinin aparıcı eksperti D.Şahnazaryan söyləyib.
Onun sözlərinə görə, Rusiya Dağlıq Qarabağa beynəlxalq sülhməramlı kontingent adıyla öz hərbçilərini yerləşdirməyə can atırsa, ABŞ buna yol verməmək və münaqişə zonasında beynəlxalq müşahidəçilər qrupunun olmasını istəyir.
"Bizdən fərqli olaraq, Azərbaycan situasiyadan çox ustalıqla, məharətlə yararlanır. Zaman əleyhimizə işləyir və gün keçdikcə vəziyyətimiz daha da ağırlaşır", - D.Şahnazaryan vurğulayıb.
Orxan Hun
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər