"Əgər Dağlıq Qarabağ münaqişəsinin tərəfləri istəsə..." |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-04-2016, 00:24 | Şərh sayı: (0) | Baxılıb: 226
"Əgər Dağlıq Qarabağ münaqişəsinin tərəfləri istəsə..."
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Dağlıq Qarabağ münaqişəsinin tərəflərini konfliktin beynəlxalq hüquq əsasında, sülh yolu ilə nizamlanmasına çağırıb.
"Əgər Dağlıq Qarabağ münaqişəsinin tərəfləri istəsə, İran regionda əmin-amanlığın bərpası üçün kömək etməyə hazırdır". Trend-in İrna agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu Zərif Tehranda eston həmkarı Marina Kalyurand ilə birgə mətbuat konfransında bildirib.
Iranın regionda yeni münaqişələrinin qarşısının alınmasının tərəfdaşı olduğunu deyən Zərif qeyd edib ki, ölkə həm də mövcud konfliktlərin dayandırılmasını alqışlayır.
XİN başçısı əlavə edib ki, İran rəsmiləri, prezident Həsən Ruhani daxil olmaqla, Azərbaycan və Ermənistan hakimiyyətləri ilə Qafqaz regionunda son hərbi əməliyyatlarla bağlı danışıqlar keçiriblər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər