Cəbhədəki son hərbi əməliyyatların iqtisadi təsirləri |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-04-2016, 23:08 | Şərh sayı: (0) | Baxılıb: 219
Cəbhədəki son hərbi əməliyyatların iqtisadi təsirləri
Dağlıq Qarabağ münaqişəsi zonasında gedən son hərbi əməliyyatlar Azərbaycan iqtisadiyyatına mənfi təsir edə bilməyib.
Bu barədə Milli.Az-a iqtisadçı-ekspert Pərviz Heydərov bildirib.
Ekspertin sözlərinə görə, aprelin əvvəlində 4 günlük məlum hərbi əməliyyatlara müəyyən maliyyə xərclənsə də, bu, ölkədə sosial-iqtisadi, xüsusən də iqtisadi və maliyyə proseslərinə təsir edə biləcək gücdə deyildi və ola da bilməzdi: "Bu cür qısamüddətli hərbi əməliyyatlar nəticəsində Azərbaycan kimi bir ölkədə iqtisadi sabitlik pozulmalı olsa, onda gərək, düşmən ölkə tam diz çöksün. Ölkəmizin mövcud iqtisadi gücü və sahib olduğu maliyyə imkanları və bu fonda hərbi sahəyə sərf olunan xərcləri Ermənistan kimi bir ölkə ilə azı 3-4 il davamlı şəkildə açıq müharibə aparmağa imkan verir. Amma məncə, Ermənistan üzərində tam qələbəmiz üçün cəmi 1 aydan da az müddət kifayət edər".
Onun fikrincə, müharibə istənilən halda iqtisadi itkidir: "İqtisadiyyatı güclü olmayan heç bir ölkə və dövlət uzunmüddətli hərbi əməliyyatlar apara bilməz. Eyni zamanda, böyük iqtisadi gücə malik ölkə və dövlətlər də əgər uzunmüddətli müharibəyə cəlb olunarsa və ya apararsa, mütləq iqtisadiyyatda geriləməyə məruz qalacaq".
İqtisadçı qeyd edib ki, son illər mütəmadi inkişaf edən iqtisadiyyatımız ölkənin hərbi xərclərini artırmağa imkan verib: "Azərbaycan 20 ildən çox bir müddətdir ki, müharibə vəziyyətindədir - torpaqlarının 20%-i işğal altındadır. Odur ki, iqtisadi gəlirlərimizin böyük bir hissəsi hərbi sahəyə xərclənir. Təsadüfi deyil ki, Dünya Problemlərini Araşdırma üzrə Stokholm İnstitutunun hesabatında da deyilir ki, Cənubi Qafqazda Azərbaycanın 2015-ci ildə hərbi xərcləri 3 milyard dollar təşkil edib və bu rəqəm 2006-cı ilə nisbətən 165% çoxdur. Düşmən ölkə Ermənistan bunu Azərbaycanın neftdən əldə etdiyi gəlirləri ilə əlaqələndirir. Lakin təkcə bir faktı qeyd etmək kifayətdir ki, neftin qiymətlərinin düşməsinə baxmayaraq, 2015-ci ildə Azərbaycanın hərbi xərcləri 2014-cü illə müqayisədə 8% artıq olub".
İlkin İzzət
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər