Rus analitik: "Moskva Qarabağ münaqişəsində erməniyönümlü mövqe tutmayacaq" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-04-2016, 19:21 | Şərh sayı: (0) | Baxılıb: 268
Rus analitik: "Moskva Qarabağ münaqişəsində erməniyönümlü mövqe tutmayacaq"

Ixlas.Az bildirir ki, bunu virtualaz.org-a rusiyalı jurnalist-analitik Yevgeni Mixaylov deyib.
O qeyd edib ki, Rusiya Azərbaycana silah satışını Ermənistan kimi borc və ya hədiyyə kimi deyil, real pul qarşılığında həyata keçirir. Rusiya rəhbərliyinin mövqeyi aydındır, onlar erməni diasporasının maliyyə nəzarəti altında olan bəzi KİV-ə qarşı aktiv əks-təbliğat aparıblar.
Mixaylov həmçinin erməni tərəfinin D.Medvedev və onun komandası haqqında dediklərinin heç nə ilə əsaslandırılmadığını bildirib: "Avropa Şurasında Azərbaycan prezidenti İlham Əliyevin fikri mənim xoşuma gəldi. O bildirdi ki, dünyada bir Ermənistanın olması kifayətdir və Azərbaycan heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Əliyev həmçinin qeyd etdi ki, Qarabağ münaqişəsi gec-tez dünya ictimaiyyətinin, o cümlədən, Rusiyanın köməyi ilə öz həllini tapacaq. Rusiya bu məsələdə düzgün siyasət aparır. Ermənistan bizi Azərbaycanla münaqişəyə çəkə bilməyəcək".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər