Putinin müşaviri: Vilayəti-Fəqihin mərkəzində insan yox, Allahın iradəsi dayanır! |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 17-02-2016, 00:01 | Şərh sayı: (0) | Baxılıb: 438
Putinin müşaviri: Vilayəti-Fəqihin mərkəzində insan yox, Allahın iradəsi dayanır!
Aleksandr Duqin ortodoks məsihiliklə şiəlik arasında təfəkkür, irfan və axirüzzaman inancını müştərək inanc sayır
Rusiya Fedarasiyası prezidenti Vladimir Putinin müşaviri Aleksandr Duqin Nadir Talibzadə (hawzah.net) ilə söhbətdə deyib:
Düşünürəm ki, yaşadığımız dövr axirüzzəman – zamanın sonudur. Zaman öz mahiyyətinə yaxınlaşanda, bütün gizlinlər aşkarlananda tarixin məfhumu göz önündə canlanır. Deməliyik ki, biz ən mühüm dövrdə yaşayırıq...
Rusiya tarixində öz mahiyyətimizə yaxınlaşma dövrü yaşayırıq. Biz ortodoks məsihiyik. Rusiyanın mövcudluğunun məfhumu ortodoks məsihi mədəniyyətinin məfhumudur. Sovetlər dövründə Rusiya tarixinin müqəddəsliyi olan məsihi ənənələrini əldən çıxardıq. Hazırda həmin kimliyə qayıdırıq...
Biz anti-məsihi mədənəiyyətlərə qarşı gedirik. Müasir qərb mədəniyyəti utanc gətirir, xəcalətdir. Biz qərb mədəniyyətini anti-məsihi mədəniyyət kimi dəyərləndiririk. Siz İslamda Dəccalı necə görürsünüzsə, biz qərb mədəniyyətini həmin şəkildə görürük...
Qərbin reallığı, yəni Amerika və Şərqi Avropanın hegemonluğu insanlığın ölümü nümunəsidir. Rusiya müqəddəslik və ənələrin qorunması yolunu tutub...
Biz haqpərəst, ədalətli və çoxqütblü dünya arzusundayıq. Əks-təqdirdə Amerika kimi imperialist, ya irqçi olarıq...
Mənim İrana və şiə məktəbinə sevgim var. 30 ildir bu ruhiyyədəyəm. İslam fəlsəfəsi, şiə mədəniyyəti mövzusunda mütaliələrim var. Söhrəvərdi, Molla Sədranı oxumuşam. Əqidələrimiz arasında müştərək nöqtələr çoxdur. Mən ortodoks məsihiyəm, eyni zamanda şiə məktəbindən ilham alıram...
Axirüzzamanda eyni düşərgədəyik. Katolik, protestant qərblə aramızda heç bir müştərəklik yoxdur. Çünki biz müqəddəslik, onlar modernizm ardıncayıq. Biz irfançı məsihiyik. İranda şiəlikdə də təfəkkür, irfan və axirüzzaman görürəm. Sələfilik ənənəvi İslam deyil. Maraqlı nöqtə budur ki, müqəddəslik ardınca olan ortodoks məsihilik və şiəliyə qarşı cəbhədə həmin qərb məsihiliyi ilə sələfilik birləşib. Radikal İslam həm Rusiya, həm də İrana qarşıdır. Qərb mədəniyyəti də eyni mövqedən çıxış edir...
Belə bir nöqtəyə diqqətli olmalıyıq ki, bizə - ortodoks məsihi Rusiyaya - şiə İran modern Qərbdən yaxındır. İrana da ortodoks məsihi Rusiya sələfi cərəyandan yaxın olur...
Tarixə baxsaq, biz hərbi baxımdan müttəfiq olmamışıq, düşmən olmuşuq. Mənəvi baxımdan vəziyyət tam əksinədir. Mənəviyyatın ön plana keçdiyi dövrdəyik... Sizdə və bizdə ittifaqımıza düşmən olan qərb, liberalizm yönlü insanlar var.
İranın dünyada maddi mənafeləri ilə yanaşı öz vəziyyətini mənəvi dərki də var. Bu, Vilayəti-Fəqih adlanan İran cəmiyyətinin səciyyəvi xüsusiyyətidir. Bu vilayətin mərkəzində insan yox, Allahın iradəsi dayanır. Ruhani və mənəvi varlığın təzminatçısı Rəhbərdir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər