Tətbiqi xilaskarlıq |
Müəllif: Admin | Bölmə: Slide, Sual-Cavab | Vaxt: 30-01-2016, 12:12 | Şərh sayı: (0) | Baxılıb: 393
Tətbiqi xilaskarlıq
Sual: Tarix məqsədsizdirmi?
Cavab: Məşhur “Qərb mədəniyyətinin süqutu” əsərinin müəllifi alman mütəfəkkiri Osvald Spinqler tarixi canlı bir varlıq kimi fərz edir və onu periodik sayır. Onun nəzərincə, hər bir tarixi dövr min il çəkir. Bir dövrün ardınca onun yerini başqa bir dövr tutur. Onun nəzərincə, tarixi gedişatda təkamül yoxdur və tarix bir-birinin ardınca gələn mədəniyyətlər məcmusudur. Bir mədəniyyətin qürubundan sonra o biri mədəniyyət tülu edir. Əslində onun baxışına əsasən, dünya tarixi mədəniyyətlərin həyat və ölümünün tükənməyən yaranış və inkişafından bir təsvirdir.[1] Uyğun nəzəriyyəyə belə bir sual ünvanlaya bilərik: Tarixin yeni dönəmi özündən əvvəlki dönəm kimidir, yoxsa yetkinlik baxımından fərqlənir? Əgər hazırkı dönəm əvvəlki dönəmin eyni olsa, onu həmin dönəmin davamı saymaq olar. Belə ki yeni bir dönəmdən danışmağa dəyməz. Bir dönəmi özündən əvvəlki dönəmdən nöqsanlı saymaq gerçəkliyə ziddir. Üçüncü hal hər bir dönəmin özündən əvvəlki dönəmdən kamil olmasıdır. Sual oluna bilər ki, bu kamillik həmin dönəmin özündən qaynaqlanır, yoxsa xarici amil var? Əgər bu kamillik onun daxilindən qaynaqlanırsa, tarixin təkamül nəzəriyyəsi düzgündür. Dönəmin inkişafı xarici amillərlə bağlıdırsa, bu materialist bir baxışdır. Digər bir tərəfdən, haqqında danışılan nəzəriyyə xarici gerçəkliyə ziddir. Çünki bəşər həm mənəvi, həm də maddi baxımdan təkamüldədir. Hər bir əsr özündən əvvəlki əsrin təcrübələrindən faydalanır və onu inkişaf etdirərək irəli aparır.
Sual: Materialistlər dünyanın sonu haqqında nə düşünür?
Cavab: Materialistlər bəşər tarixinin gələcəyi ilə bağlı dörd nəzəriyyə irəli sürmüşlər. Bu nəzəriyyələrin hər birinin bəşəriyyəti səadətə çatdıracağı bildirilir: 1. Bəşəriyyətin elmi-texniki tərəqqinin vasitəsi ilə xoşbəxtliyə çatması; 2. Qanunları dəyişmək yolu ilə parlaq gələcəyin əldə olunması; 3. Yer üzünün birqütblü edilməsi yolu ilə xoşbəxtliyin təmini; 4. Materializm baxımından parlaq gələcəyin təsviri.
Sual: Bəşəriyyət yeni texnologiyalar vasitəsi ilə xoşbəxt ola bilərmi?
Cavab: Bəziləri belə düşünürlər ki, bəşəriyyətin yalnız maddi dirçəlişi cəmiyyətin səadətə və rifaha çatmasını təmin edə bilər. Bu baxışa əsasən, bir o qədər də uzaq olmayan gələcəkdə bəşəriyyət xoşbəxtliyə qovuşmalıdır. Uyğun baxışa cavab olaraq deyə bilərik ki, elm bəşəriyyəti xoşbəxt etmək, ədaləti təmin etmək gücündə deyil. Bəli, elm və texnika inkişafdadır. Amma bu inkişaf insanı yalnız maddi baxımdan təmin edə bilər. Amma ədalətli bir quruluşda maddi təminat varsa, xoşbəxtlik də var. Ədalətsiz quruluşda isə maddi təminat həlledici rol oynamır. Bəşəriyyət öz yolunu təkcə maddi baxımdan azmamışdır. Əlbəttə, problem təkcə maddi durum olsaydı, elm və texnika məsələni həll edə bilərdi. Əslində isə tamam başqa amillər var: Cilovlanmayan nəfs istəkləri; şəhvət və qəzəb; tamahkarlıq; məqampərəstlik; üstünlük istəyi; ləzzət ardınca qaçmaq. Bir sözlə, bütün bəşərin yoluxduğu nəfspərəstlik! Buna görə də elm bəşəriyyətin ən böyük düşməninə çevrilmişdir. Doğurdan da, elm çıraqdır. Amma bu çıraqdan hansı yolda istifadə olunması mühümdür. Elm yanacağı ağıl olan bir çıraqdır. O hədəfi müəyyənləşdirmir, sadəcə hədəfə çatmaq üçün vasitədir. Yenə də Vill Dorantın məşhur sözü yada düşür. “Biz texnika baxımından güclənmişik, məqsəd baxımından isə yoxsullaşmışıq”. Bu səbəbdən də elm və texnologiya zalım hökumətin ixtiyarına verildikdə bəşəriyyət bir sıra problemlərlə üzləşir. O cümlədən bu hökumət: 1. Bəşərin məhvinə aparır; 2. Yalnız varlı təbəqənin rifahı üçün səy göstərir; 3. Ədalətsiz olduğundan elm bəşəriyyətə zülm üçün vasitəyə çevrilir.
Sual: Dünyanın sonunda liberalizm hakim ola bilərmi?
Cavab: Bəzi Qərb mütəfəkkirləri iddia edirlər ki, bir gün bütün yer üzündə liberalizm, yəni hərcəhətli azadlıq hakim olacaq. Onlar liberalizmi bəşəriyyət üçün yeganə xilas yolu bilirlər. Liberalizmin mədəni, siyasi və iqtisadi növləri varsa da, adətən birinci mənadakı liberalizm nəzərdə tutulur.
Sual: Tarixin sonu barədə Fokoyama nə düşünür?
Cavab: Amerikada yaşayan müasir Yapon yazıçısı Fokoyama tarixin sonunda Hegel tarixinə əsaslanan bir nəzəriyyənin hakim olacağını bildirir. O deyir: Tarix kamilləşməkdədir; Bu təkamül həm mənəvi, həm də maddidir; hər iki kamilləşmə tarixin sonuna aparır; mənəvi kamillik 1806-cı ildə Napoleonun məğlubiyyət dövrünə təsadüf edir; maddi kamillik təxirə düşmüşdür, hazırkı liberalizm dövrü Hegel tarixinin sonudur və bəşər xoşbəxtliyinin qaynağıdır.[2] Bu baxışa münasibətdə belə deyə bilərik: 1. Bu nəzəriyyə tarixin sonu ilə bağlı İslam baxışlarını nəzərdən qaçırmışdır. 2. Bu irqçi düşüncə Amerikanın öz xarici və daxili siyasətində xoşbəxtliyə çatdığına və bu xoşbəxtliyi bütün dünyaya dadızdıracağına inanır. 3. Bu nəzəriyyəyə əsasən, kim qalibdirsə, o da üstündür. Hansı ki tarixdə bir çox qaliblər zalımlar zümrəsindən olmuşdur.
Sual: Marşal Mak Lovhan liberalizm hakimiyyətini necə təhlil edir?
Cavab: O dünyanın gələcəyi və liberalizm haqqında belə deyir: a) Əməliyyat və informasiya inqilabı bəşəriyyətin bir-biri ilə rahatca əlaqə saxlamasına səbəb olmuşdur. b) Belə bir yaxınlıq təbii olaraq vahid ümumdünya hökumətinin təşkilini zəruriləşdirir. v) Bu məntəqənin mədəniyyəti və ictimai quruluşu öz hakimiyyətini müəyyənləşdirir. q) Liberalizm düşüncəsi bütün ideologiyalardan daha çox maraq doğurmaqdadır. d) Qalib düşüncə tərzi yayıldıqca digər ideologiyalar və düşüncələr onda həll olacaq. Nəticə: Tarixin sonunda liberal demokratiya ideologiyası qalib ideologiya olacaq.[3] Yuxarıdakı mülahizələrə cavab olaraq deyə bilərik ki, böyük informasiya inqilabına heç bir şübhə yoxdur. Amma bunu da qeyd etməliyik ki, hamının bir-biri ilə əlaqə saxlaya bilməsi xoşbəxtlik deyil. Xoşbəxtliyin digər amilləri və dəlilləri mövcuddur. Liberalizm vahid dünya hökumətinin ehtiyaclarına cavab verə bilmədiyindən belə bir hakimiyyətə iddialı ola bilməz. Demək olar ki, bütün dünya mütəfəkkirləri yalnız dünya və insan həqiqətini özünə ehtiva edən bir məktəbin ümumbəşəriliyinə inanırlar. Tarixin sonunadək yaşamaq istəyən məktəb dünya və insanı olduğu kimi tanımalı, onları düzgün dəyərləndirməlidir. Liberalizmin də Marksizm kimi problemləri var. Bu iki məktəb insan fitrəti ilə bir araya sığmır. Onlar insanın əslini görməməzliyə vurub, işə ortadan başlamaq istəyirlər. Bu gün Qərbin aparıcı ideologiyalarında mövcud olan nöqsanları üzə çıxarmaq asan deyil. Çünki Qərbin bərbəzəkli zahiri insanların göz və qulağını tutmuşdur. Olsun ki, dünyada ən çox nailiyyət qazanmış dövlət Amerikadır. Maddi baxımdan bu ölkə digərlərindən öndədir. Amma doğurdanmı Amerika idealdır? Amerika və Qərbin bir çox problemləri var. Bu problemlərdən bəzilərini nəzərdən keçirək: 1. Məqsədsizlik – liberalist ölkələrdə, hətta Amerikada etiraf olunur ki, cəmiyyətə puçluq ruhiyyəsi hakimdir. Yəni gündəmdə “biz hara gedirik”, “biz nə axtarırıq” kimi suallar durur. Bu sayaq ciddi sualları doğuran hakim ideologiyaların cəmiyyət və insanı düzgün dəyərləndirməməsi isə mənəviyyata diqqətsizliyidir. 2. Ailə böhranı – cəmiyyətin ilkin hücеyrәlәri ailədir. Bəşər cəmiyyətində bu hücеyrәlәrin ən zəifi Qərbdədir. Artıq Qərbdə ailə heç bir əhəmiyyət daşımır. Qərb cəmiyyətində ailə yox, fərd əsas götürülür. Bu səbəbdən də həmin cəmiyyətlərdə qanunsuz doğulan körpələrin sayı təsəvvür olunmayacaq həddə çatmışdır. 3. Pis vərdişlər – Qərb cəmiyyətindəki puçluq ruhiyyəsi gənc nəsli pis vərdişlərə yoluxmuşdur. Əgər gənclərin spirtli içkilərə aludəliyi ilə bağlı statistikaları nəzərdən keçirsək, bu rəqəmlər bizi dəhşətə gətirər. Bəli, pis vərdişlərə, alkoqolizmə və narkotikaya çıxış yolu kimi baxan Qərb cəmiyyəti məhv olmaqdadır. 4. Amansızlıq – bu ruhiyyə yalnız gənclərdə yox, hətta uşaqlarda tüğyan edir. Xüsusilə Amerikada hər an gənclərin və uşaqların törətdiyi vəhşiliklərə şahid ola bilərik. Əgər bu hadisələr bütün dünyaya nümayiş etdirilsə, həmin cəmiyyətlərdəki problemlərin dərinliyindən xəbər tutarıq. 5. Əmin-amanlığın olmaması – xüsusilə Amerikanın əksər böyük şəhərlərində şəxsiyyətini azca qoruyan insanlar axşam düşəndən bayıra çıxmırlar. 6. Ayrı-seçkilik – Qərbdə, xüsusilə də Amerikada irqi ayrı-seçkilik ictimai bir bəladır. Əgər bu ölkələrdəki qara və qırmızı dərili insanlarla və mühacir müsəlmanlarla dərdləşə bilsək, onların hansı münasibətlə üzləşdiyindən xəbər tutarıq. 7. Yoxsulluq – Amerikada rəsmi statistik göstəricilərə görə xalqın 13-14 faizi yoxsulluqdan aşağı səviyyədə yaşayır. İki yüz əlli milyonluq bir cəmiyyətdə bu faizin arxasında otuz-qırx milyon insan dayanır. Hansı əsasla belə bir cəmiyyət ideal sayılmalıdır? 8. Cinsi azğınlıq – ailə təməli dağıldıqdan, insanların əksəri ümidsizliyə qapıldıqdan sonra Amerika cəmiyyətində cinsi azğınlıq zirvə həddinə çatmışdır. Qeyri-qanuni uşaqların doğulması Qərbi, xüsusilə Amerikanı ağuşuna almış ən böyük bəlalardandır. 9. Çərçivəsiz informasiya şəbəkəsi – Amerika və Qərbin ciddi problemlərindən biri onlardakı informasiya şəbəkəsinin heç bir hədd-hüdud gözləməməsidir. Təəssüf ki, digər ölkələrdə də uyğun halın təqlidi ilə rastlaşırıq. Hazırda Qərb informasiya şəbəkəsi tam açıq-saçıqdır. Bu şəbəkələrdə əxlaqsızlıq təbliğ olunur, insanların şəxsiyyəti alçaldılır. Əksər insanlar öz şəxsi məsələlərinin bu şəbəkələrdə yayımlanacağından qorxu hissi keçirir. 10. Yetərsiz təhsil sistemi – Qərb və Amerikanın bütün dünyaya yeritmək istədiyi təhsil sistemi əslində tam yetərsizdir. Qərbin əksər təhsil müəssisələrində mühacirlər çalışır və onlar öz maaşı müqabilində maşın tək işləyirlər. 11. Xəstə iqtisadiyyat – bəziləri elə düşünürlər ki, Qərb iqtisadi baxımdan dünyanın behiştidir. Hansı ki Amerika dünyanın ən böyük borcu olan ölkəsidir. Onun daxili və xarici borclarının miqdarı insanın ağlını başından çıxarır. Əlbəttə ki, bu borclar çox mahir şəkildə ört-basdır edilir. 12. Dünya bazarlarından asılılıq – Amerika sənayesi asılı bir sənayedir. Bu sənayenin dünya bazarı ilə əlaqələri qısa müddət kəsilərsə, o iflic olar. Əgər liberalizmin hakim olduğu Qərb və Amerikada vəziyyət belədirsə, hansı əsasla onlardan nümunə götürmək olar?!
Sual: Dünyanın sonu haqqında Taflerin nəzəri nədir?
Cavab: “Üçüncü dalğa” kitabının müəllifi amerikalı jurnаlist Elvin Tafler tarixin sonu və liberalizmin tarixi haqqında deyir: a) Dövrümüz “ən çox” dövrüdür. Ən çox tamaşaçısı olan film ən yaxşı film sayılır... b) XIX əsr və XXI əsrin birinci yarısında üstünlük meyarı dünya səhnəsində siyasi qüdrət idi. Getdikcə siyasətin yerini iqtisadiyyat tutdu. Bir gün iqtisadiyyat öz yerini elmə verməlidir. Çünki gələcəkdə dünya səhnəsində yalnız elm və məlumatı yüksək olan ölkələr qüdrət sahibi olacaqlar. v) Gələcəkdə elmi-texniki qüdrətin ümdə mеhvəri Qərb olacaq. q) Liberal demokratiyanın nöqsanları olsa da, bəşər cəmiyyəti üçün ən yaxşı yol bu ideologiyadır. Nəticə: Dünyanın gələcəyi Qərb liberalizminindir. Yuxarıdakı iddialara cavab olaraq belə deyə bilərik: 1. Bu nəzəriyyə tarixin sonu yox, növbəti tarixə aid ola bilər 2. Birinci müqəddimədə insanın istəyi istənilən bir şeyin meyarı sayılır. Hansı ki ölçü əqlin hökmü və nəql olunanlardır. Allah-taala buyurur: “Çox olur ki, xeyirinizə olan bir şeyi xoşlamırsınız. Çox olur ki, zərərinizə olan bir şey istəyirsiniz”.[4] 3. İkinci müqəddimədə hərbi güc dünya səhnəsində siyasi qüdrət meyarı sayılır. Hansı ki zor gücünə siyasi hökmranlıq və xalqın istismarı iğtişaş və istibdaddan savayı ərmağan gətirmir. 4. Məqsədə çatmaq üçün heç bir çərçivə gözləmədən istənilən bir üsuldan faydalanmaq insanın ağıl və fitrətinə uyğundurmu? 5. Siyasi nəzəriyyəçinin vəzifəsi gələcək haqqında öz zənn-gümanını bəyan etmək yox, cəmiyyətin mənfəətini nəzərə alaraq proqram hazırlamaqdır. 6. Kapitalizm quruluşu cəmiyyətə xoşbəxtlik, yoxsa ciddi təbəqələrarası qarşıdurma gətirib? Elə buna görə də Tafler belə deyir: “Cəmiyyətimizin (Qərb cəmiyyətinin) üzləşdiyi problemlərin sonu yoxdur”.[5]
Sual: Hantinqton tarixin sonu haqqında nə düşünür?
Cavab: Qərb nəzəriyyəçisi Samuel Hantinqton tarixin sonu haqqında deyir: a) Gələcəkdə millətlər və qruplar arasında baş verəcək əsas qarşıdurma ideologiya və iqtisadiyyat sahəsində yox, mədəniyyət, sivilizasiya sahəsində olacaq. b) Dünyada səkkiz mədəniyyət cərəyandadır: Qərb, konfusiçilik, yapon, İslam, Hindu, Slavyan, Ortodoks, Latın Amerikası mədəniyyətləri. v) Mədəniyyətlərin dialoqu mühümdür. d) Mədəni özünüdərk tərəqqidədir. q) Qərbin rəftarı digər mədəniyyətlərdə özünüdərkin tərəqqisinə səbəb olmuşdur. ş) İslam və Qərb arasındakı 1400 illik kin-küdurət yüksəlməkdədir və bu iki mədəniyyət qanlı qarşıdurmalar astanasındadır. c) Sonda İslam və konfusiçilik birləşərək Qərb mədəniyyətinə qarşı duracaq. Nəticə: Mədəniyyətlərin savaşı dünya savaşının son təkamül mərhələsidir və sonda Qərb mədəniyyəti qalibdir.[6] Uyğun baxışa iradlarımızı bildiririk: 1. Nəzəriyyəçi mədəniyyətin təfsirini verməmişdir. 2. Mədəniyyətlərin üz-üzə gələcəyinə dəlil göstərilmir. 3. Nəzəriyyəçi “sivilizasiya” anlayışını “mədəniyyət” anlayışı ilə qatışıq salır. Hansı ki bu iki məfhum fərqlidir. Sivilizasiyanın elmi və görünən tərəfləri var. Mədəniyyət isə daha çox zehn və mənəviyyata aiddir. Sənət, fəlsəfə, hikmət, ədəbiyyat, etiqad mədəniyyətin əhatə dairəsindədir. Sivilizasiya isə daha çox insanın cəmiyyətdəki maddi ehtiyaclarını əks etdirir. Sivilizasiya daha çox ictimai, mədəniyyət isə fərdi yönümə malikdir. Sivilizasiya insanın cəmiyyətdəki təkamülünü təmin edir. Mədəniyyət isə fərdi təkamül yönümünü işıqlandırır. Sivilizasiya və mədəniyyət əlaqəli olsa da, fərqli anlayışlardır. 4. “Nəzəriyyəçi Qərbə aydın bir tərif vermək əvəzinə, onu Amerika mehvər olmaqla vahid bir mövcud sayır. Hansı ki Bzejinski Qərb nizamındakı daxili fəsadı Amerikanın qüdrətini hədələyən bir amil kimi göstərir. 5. Nəzəriyyəçi iki mədəniyyət arasındakı ziddiyyəti tarixi zərurət sayır və bu ziddiyyətin aradan qaldırılmasını mümkünsüz bilir. Beləcə, Qərb İslam sivilizasiyasının çiçəkləndiyi ölkələrə qarşı hərbi qüdrətini gеnişlәndirir. Hansı ki mədəniyyət ixtilafı adlanan bu ixtilaf Qərbin çirkin siyasətindən qaynaqlanır. Bu ixtilafları məsihilik və İslamın ayağına yazmaq olmaz. Vill Dorant deyir: “Muhəmməd (s) məsih dini ardıcıllarına nöqsan tutsa da, onlara qarşı nikbin münasibətdədir. O, məsih ardıcılları ilə öz ardıcılları arasında dostluq rabitələrinin olması istəyindədir”.[7] Robson deyir: “Yalnız müsəlmanlar öz dinlərinə möhkəm bağlanmaqla digər dinlərlə müdara ruhunu saxlaya bilirlər”.[8] Adam Metz isə belə deyir: “İslam hakimiyyəti dövründə kilsələr və sovmiyələr elə təsir bağışlayırdı ki, sanki məsihi hakimiyyətindədirlər. Bir çox ölkələrdə mövcud olan bu sayaq müdara ənənəsi Qərbə heç orta əsrlərdə də tanış deyildi”.[9]
Sual: Mütərəqqi bəşəri qanunlar insanı kamilləşdirə bilərmi?
Cavab: Bəziləri iddia edirlər ki, bəşəriyyət tarix boyu qazandığı təcrübələr əsasında onu xoşbəxtliyə çatdıracaq qanunlar tənzimləyə bilər. Guya çətinlikləri araşdırıb, onların həlli yolunu müəyyənləşdirməklə son məqsədə yetişmək mümkündür. Uyğun mülahizələrə belə cavab vermək olar: 1. Bəşəriyyət vəhy və qeyb aləminin yardımı olmadan hansı yolun daha xeyirli olduğunu müəyyənləşdirə bilməz. Vəhyə müraciət etmədən İslami göstərişləri əldə etmək mümkünsüzdür. 2. Bir qrupun və şəxsin mənafeyinə xidmət edən qanunlar, adətən cəmiyyətin ehtiyaclarına cavab vermir. Bütün bəşəriyyətin ehtiyaclarına cavab verəcək qanunları yalnız ilahi məqama malik olanlar tənzimləyə bilər. 3. İnsanlar arasında düşüncə və səliqə fərqləri olduğundan vahid qanunların tənzimlənməsi mümkünsüzdür.
Sual: Dünyanın birqütblü olması bəşəriyyəti xilas edə bilərmi?
Cavab: Bəziləri iddia edirlər ki, bəşəriyyətin zülm və ədalətsizlikdən yeganə çıxış yolu dünyanın təkqütblü olması, başqa sözlə, qüdrətli bir hakimiyyətin öz prinsiplərini başqa hökumətlərə diktə etməsidir. Bəziləri Amerikanın bütün imkanlara malik olduğunu əsas götürərək onun bütün dünyaya diktəsini çıxış yolu sayırlar. Dünyanın təkqütblü edilməsi hələ uzaq keçmişdən filosoflar və alimlər tərəfindən araşdırılmış bir məsələdir. Yunan filosofu Ziv miladdan üç yüz il öncə deyirdi: “Bütün bəşəriyyət vahid quruluşa tabe olmalıdır ki, öz xoşbəxtliyini əldə edə bilsin”. Zivin müasiri olmuş İsgəndər öz gücünə arxalanaraq alimin nəzəriyyəsini həyata keçirmək istədi. Yunan yazıçısı Baltak miladdan yüz il öncə vahid hökumət haqqında deyirdi: “Xalq çalışmalıdır ki, vahid bir quruluş təşkil etsin və vahid qanunlara tabe olsun”. Amerika filosofu Vilyam Luid (1838) deyir: “Nə qədər ki, dünyaya vahid bir hökumət başçılıq etmir, bəşəriyyət dostluq və dinc yaşayışa nail olmayacaq”.[10] Məşhur İtalyan ədibi Dante deyir: “Yer üzündə sülh və əmin-amanlığın hakim olması üçün bütün yer əhli vahid hökumətə tabe olmalıdır”.[11] Rassel deyir: “Bəşəriyyət bütün insanları öz bayrağı və şüarı altında toplayacaq xilaskarın intizarındadır”. Ata Corc Buş deyir: “Dünyanın yeni nizamı Birləşmiş Ştatların rəhbərliyi altında bütün dünyada sülh və demokratiyadan ibarətdir”. O, konqresdəki çıxışında belə demişdir: “Həm əxlaqi dəyərlərə, həm də dünya nizamını qoruyacaq vasitələrə malik olan yeganə ölkə Amerikadır”. İradlarımız: 1. Amerikanın özündə Birləşmiş Ştatların dünyaya hakimliyinin mümkünlüyünü rədd edən Kisincer kimi nəzəriyyəçilər var. Bzejinski Amerikanın çarəsizliyini təsvir edərək deyir: “Bu gün Amerika dünyaya hakimlik iddiasındа olsa da, bu sahədə onunla rəqabətə girən tapılmasa da, Birləşmiş Ştatların qüdrət və mövqeyi bir çox sahələrdə təhlükədədir”. 2. Dünyanın təkqütblü olması prinsipinin qəbulu üçün güclü zəmin yoxdur. Xüsusi ilə Amerikanın tənəzzüldə olan iqtisadi durumu onun bu sayaq iddialarına cavab vermir. 3. Nəzəriyyəçilər unudurlar ki, dünya xalqları heç vaxt biganələrin hakimiyyətini qəbul etməyəcək. Biz prinsipcə bu nəzəriyyəni rədd etmirik. İnanırıq ki, bəşəriyyətin yeganə qurtuluş yolu ümumdünya ədalət hökumətinin təşkilidir. Amma belə bir hökumət yalnız ilahi göstərişlər və məsum imamın rəhbərliyi altında gerçəkləşə bilər. [12]
[1] Qərb mədəniyyətinin sübutu
[2] Xarici siyasətdə nəzəri araşdırmalar, səh.182.
[3] Həmin mənbə, səh.271.
[4] Bəqərə, 216.
[5] Modern mədəniyyətə doğru, Elvin və Haydi Tafler, səh.96-97
[6] Mədəniyyətlər üzbəüz, səh.22-23.
[7] Sivilizasiya tarixi, c.4, səh.329.
[8] İslam və Qərb mədəniyyəti, c.1, səh.141.
[9] İslamda rəngarənglik və azadlıq, səh.68.
[10] İslam və əql, səh.210.
[11] Həmin mənbə.
[12] Əliəsğər Rizvani, Məhdəviyyətlə bağlı şübhələrə cavab
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər