Dünya bazarında dolların ucuzlaşmasının səbəbləri açıqlanıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-02-2016, 14:48 | Şərh sayı: (0) | Baxılıb: 261
Dünya bazarında dolların ucuzlaşmasının səbəbləri açıqlanıb
Ötən gün qlobal fond bazarlarında əsas indekslər yüksəlib.
“APA-Economics” “Reuters”ə istinadən xəbər verir ki, fond bazarlarında yüksəlişə səbəb bu il ABŞ-da faiz dərəcələrinin artırılması ilə bağlı gözləntilərin özünü doğrultmaması ilə bağlıdır.
Məlumata əsasən, ABŞ-ın faiz dərəcələrini artırmayacağı ilə bağlı ehtimalların çoxalması dolların məzənnəsinin aşağı düşməsinə gətirib çıxarıb.
“Artıq 4 gündür ki, ABŞ dollarının məzənnəsi zəifləməkdə davam edir. Buna Federal Ehtiyatlar Sisteminin nümayəndəsinin kreditlər üzrə faiz dərəcələrinin artırılmayacağına ümid yaradan şərhlər səbəb olub”, - deyə məlumatda vurğulanıb.
Federal ehtiyat bankının yeni rəhbəri Robert Kaplan bəyan edib ki, FES faiz dərəcələrinin artırılması məsələsində tələsməməlidir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər