| Azərbaycan əhalisi fond bazarında qazana biləcək | 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-01-2016, 15:39 | Şərh sayı: (0) | Baxılıb: 320
 Azərbaycan əhalisi fond bazarında qazana biləcək 
 Azərbaycan hökuməti 2016-cı ildə daxili bazarda yerləşdirilməsi üçün manat və dollar istiqrazları buraxmağı planlaşdırır. Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov ANS-ə müsahibəsində deyib.
Azərbaycan hökuməti 2016-cı ildə daxili bazarda yerləşdirilməsi üçün manat və dollar istiqrazları buraxmağı planlaşdırır. Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov ANS-ə müsahibəsində deyib.Nazirin sözlərinə görə, manat istiqrazları üzrə gəlirlik bu il üçün inflyasiyanın səviyyəsini ötəcək və təxminən 11-12% təşkil edəcək, dollar istiqrazları üzrə faiz dərəcəsi isə 3% təşkil edəcək.
S. Şərifov həmçinin bildirib ki, manatla borc öhdəliklərinin buraxılmasında əsas məqsəd milli valyutaya etimadın artırılması və əhalinin əmanətlərinin bazara cəlb edilməsidir: "Bununla yanaşı, dollar istiqrazları üzrə gəlirlilik bank əmanətləri üzrə faiz dərəcələrindən aşağı olacaq ki, bank sektorundan valyuta axınına yol verilməsin deyə".
Oxşar Xəbərlər:
    
	İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.




































Şərhlər