Dolların bahalaşması ABŞ-a hansı üstünlüklər qazandırır? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-01-2016, 10:56 | Şərh sayı: (0) | Baxılıb: 257
Dolların bahalaşması ABŞ-a hansı üstünlüklər qazandırır?
Ekspert: “Bu, neftin ucuzlaşmasını təmin edən vasitələrdən biridir...”
Dünya valyuta bazarında dolların qiyməti bahalaşmaqda davam edir. ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırması isə dolların digər valyutalara nisbətdə daha da möhkəmlənməsinə səbəb oldu. Bəs bu cür bahalaşma ABŞ-a dünyanın supergücü olaraq, hansı üstünlükləri qazandırır?
Ekspert Rəşad Həsənov danışıb. O bildirib ki, hazırda dünya valyuta bazarında dollara inam yenidən artmaqdadır: “Bunun nəticəsində dünya ölkələrinin mərkəzi bankları, o cümlədən ehtiyat fondları dollarlaşmanı artırır ki, bu da dönərliyə müsbət təsir göstərir. ABŞ-ın özü də dünya iqtisadiyyatında böyük ixracçılardan biridir. Dolların bahalaşması eyni zamanda ABŞ-ın dünya bazarında digər rəqiblərinə hansısa formada rəqabətdə uduzmasına səbəb ola bilər. Bu hal, ABŞ iqtisadiyyatı ilə bağlı açıqlanan son rəqəmlərdə də özünü göstərdi. ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcələrini artırmasından sonra bu ölkənin ixracında müəyyən mənada ləngimələr baş verdi. Prosesin ABŞ üçün xeyirli tərəflərinə gəlincə, əgər ABŞ neftin qiymətinin dünya bazarında ucuzlaşmasında maraqlıdırsa, dolların bahalaşması neftin ucuzlaşmasını təmin edən vasitələrdən biridir. Eyni zamanda ABŞ dolları son dövrlər müxtəlif dövlətlər tərəfindən xarici ticarət əlaqələrindən kənarlaşdırılırdı. Hətta dünyada yeni valyutaların yaranması da müzakirə edilirdi. Dolların möhkəmlənməsi Çin yuanının da ucuzlaşmasına səbəb olan amillərdəndir. Artıq bu tendensiya müşahidə olunur. Belə olan təqdirdə alqı-satqıda yuandan istifadə etməyi düşünən dövlətlər də artıq bu fikirdən danışırlar. Bu hal da dolların dünyəvi valyuta statusunun daha da möhkəmlənməsinə səbəb olur”.
Növbəti aylarda FES-in uçot dərəcələrində hansı dəyişiklik edəcəyi ilə bağlı ekspert bunu bildirdi: “Ümumiyyətlə, 2016-cı il çox maraqlı başladı. FES-in son toplantısında müzakirələrin açıqlanması onu göstərdi ki, komitənin üzvləri uçot dərəcəsini artırmağın tərəfdarı deyillər. Digər tərəfdən Dünya Bankı 2016-cı il üçün dünya iqtisadiyyatının artım tempini aşağı saldı. Bu baxımdan düşünmürəm ki, FES uçot dərəcələrini yenidən azaltsın. Ancaq son günlər FES başqanı Jannet Yellenin açıqlaması oldu ki, biz uçot dərəcələrini 4 dəfə artıra bilərik (1 faiz). Bəhs etdiyimiz problemlər göz önünə gətirilərək, hesab etmək olar ki, FES 2016-cı ildə əlavə faiz artımına getməyəcək”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər