ABŞ-dan xoş xəbər: Vaşinqton Azərbaycan təşkilatını regionun ən güclü beyin mərkəzi elan etdi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 16:26 | Şərh sayı: (0) | Baxılıb: 253
ABŞ-dan xoş xəbər: Vaşinqton Azərbaycan təşkilatını regionun ən güclü beyin mərkəzi elan etdi
ABŞ-ın Pensilvaniya Universiteti hazırladığı dünyanın aparıcı beyin mərkəzlərinin reytinqi ilə bağlı beynəlxalq hesabat dünən Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil qərargahında təqdim edilib.
Hesabatın təqdimatı eyni zamanda dünyanın 100-dən artıq ölkəsində də təşkil edilib. Sözügedən sənədin eyni zamanda beynəlxalq maliyyə qurumlarında o cümlədən Dünya Bankında da təqdimatı həyata keçirilmişdir. Qlobal reytinqlər müəyyənləşdirilən zaman dünyanın 182 ölkəsini təmsil edən 6545 beyin mərkəzi arasında sorğu keçirilmiş və sorğunun nəticələri 1500 ekspert tərəfindən qiymətləndirilmişdir. Beynəlxalq qiymətləndirmədə İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzi seçildiyi elan olunub.
Bu barədə musavat.com-a məlumat verən mərkəzin rəhbəri, iqtisadçı alim Vüqar Bayramov deyir ki, CESD hesabatda əksər kateqoriyalar üzrə dünyanın aparıcı beyin mərkəzləri siyahısına daxil edilib.
Artıq CESD 7 ildir ki, Cənubi Qafqaz və Orta Asiyan regionunda ən güclü beyin mərkəzi statusunu qoruyub saxlayıb. Hələlik dünyada yeganə qlobal qiymətləndirmə olan və kifayət qədər nüfuzlu beynəlxalq hesabatda regionun aparıcı beyin mərkəzinin Azərbaycan təşkilatı olması sevindirici olmaqla yanaşı, eləcə də mərkəzimizin regional elmi və praktik tədqiqatlara tövhəsinin səviyyəsini göstərir. CESD regionun top beyin mərkəzi olmaq üçün Cənubi Qafqazın 3, Orta Asiyanın 5 ölkəsini və eləcə də Əfqanıstanı təmsil edən təşkilatlar ilə rəqabət aparıb.
Vüqar Bayramova görə, regionda birinci olmaq CESD üçün yeni prioritetlər müəyyənləşdirməklə yanaşı ciddi məsuliyyət də formalaşdırır: “Bu il də biz region ilə yanaşı, qlobal arenadakı mövqeyimizi də qoruyub saxlamağa, gücləndirməyə çalışacağıq”.
Aparıcı beyin mərkəzlərinə mükafatların təqdim edilməsi bu ilin mayında Yaponiyanın paytaxtı Tokio şəhərində təşkil olunacaq. CESD Cənubi Qafqaz və Orta Asiyanı sözügedən tədbirdə təmsil edəcək.
Hesabatın tam mətni ilə Pensilvaniya Universitetinin internet səhifəsində tanış olmaq olar:
http://repository.upenn.edu/cgi/viewcontent.cgi?article=1009&context=think_tanks
Xatırladaq ki, ötən ilin dekabrında Çin Elmlər Akademiyasının hazırladığı hesabatda da CESD dünyanın 100 ən güclü beyin mərkəzi siyahısına daxil edilmişdir.
Musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər