Beyin üçün cinsiyyət fərqi yoxdur |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 5-12-2015, 20:56 | Şərh sayı: (0) | Baxılıb: 309
Beyin üçün cinsiyyət fərqi yoxdur
İsrailin Tel-Əviv Universitetində bir qrup alimin apardığı araşdırmalar nəticəsində bəlli olub ki, beyin quruluşunu gözümüzdə canlandırdığımızda cinsiyyətlər arasında konkret bir fərqlilik görünmür.
Israilli, isveçrəli və alman araşdırmaçılardan ibarət tədqiqatçı qrup 1400 insanın maqnit-rezonans texnikasından istifadə edərək beyin görüntülərini araşdırıb.
Araşdırmanın nəticələrinə görə, bəzi beyin xüsusiyyətlərinə daha çox kişilərdə, bəzilərinə isə daha çox qadınlarda rast gəlinib. Bəzi xüsusiyyətlər isə həm qadın, həm də kişi beynində müşahidə olunub. Belə ki, "yalnız kişi" və ya "yalnız qadın" beyni olaraq xarakterizə olunan beyinlər azlıq təşkil edib.
Araşdırmanın nəticələri ABŞ Milli Elmlər Akademiyasının "PNAS" adlı nəşr orqanında yayımlanıb.
Məqalədə alimlər yekdil olaraq: "Tam bir kişi beyni və ya tam bir qadın beynindən söz gedə bilməz", - deyə bildiriblər.
Qeyd edək ki, 2013-cü ildə Amerika alimləri tamamilə fərqli nəticələr əldə etmişdilər. Onlar qadın və kişi beyinləri arasında ciddi fərq olduğunu bildirmişdilər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər