"Cənubi Qafqaz yaraqlıların Suriyaya tranzit meydanına çevrilir" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 7-01-2016, 19:03 | Şərh sayı: (0) | Baxılıb: 273
"Cənubi Qafqaz yaraqlıların Suriyaya tranzit meydanına çevrilir"
Cənubi Qafqaz əsrlər boyu mədəni, iqtisadi və hərbi marşrutların mühüm regional kəsişməsi olub.
Ixlas.Az Report-a istinadən bildirir ki, bu barədə "Heritage" nəşrində dərc edilən məqalədə deyilir.
Digər tərəfdən, məqalədə Şimali Qafqazda islamçıların üsyanının beynəlxalq terrorizmə əla ocaq yaratdığı və bütün regionun sabitliyini pozduğu qeyd olunur. "Heritage" nəşrindəki məqalədə deyilir: "Nə Rusiyanın hərbi gücdən həddindən artıq istifadə etməsi, nə də onların Qafqaza irimiqyaslı iqtisadi yardım göstərməsi terrorizm təhlükəsindən xilas olmağa yardım etməyəcək".
Məqalədə bəzi hesablamalara görə, təxminən üç min çeçenin İŞİD terror qruplaşmasının tərkibində vuruşduğu qeyd edilir. Hətta İŞİD tərkibində döyüşən ən məşhur qafqazlı yaraqlı kimi "çeçen Ömər" və Əbu Ömər əl-Şişani kimi tanınan Tarxan Batiraşvili göstərilir. Onun Gürcüstan ordusunda hərbi xidmət keçdikdən sonra hazırda İŞİD-in nəzarət etdiyi Hələb, Rakka, Latakiya və İdlibin şimal vilayətlərində baş komandir olduğu bildirilir.
"Cənubi Qafqaz getdikcə yaraqlıların yığıldığı və Suriyaya tranzit meydanına çevrilir", - məqalədə deyilir. Müəlliflərin fikrincə, vizasız hərəkət etmək imkanı, nəqliyyat qiymətlərinin ucuzluğu, Azərbaycan, Gürcüstan və Türkiyə ilə ortaq sərhədlərin olması yaraqlılara İraq və Suriyaya çox rahat gedib çıxmağa imkan verir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər