Ruhani yenidən Avropaya gedir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 09:58 | Şərh sayı: (0) | Baxılıb: 224
Ruhani yenidən Avropaya gedir
İran prezidenti Həsən Ruhani Avstriya və Belçikaya səfər edəcək.
Bu barədə İranın Prezident Administrasiyasının rəhbəri Məhəmməd Nahavandian məlumat verib. Onun sözlərinə görə, Ruhani hər iki dövlətin dəvəti ilə bu ölkələrə səfər edəcək.
Nahavandian bundan əlavə İsveçrə prezidentinin yaxın günlərdə İrana səfər edəcəyini bildirib. Avropa dövlətlərindən rəsmi şəxslərin də İrana səfəri gözlənilir.
"Həsən Ruhaninin İtaliya və Fransa səfəri göstərdi ki, Avropa ölkələri Tehranla əməkdaşlıq etməyə razıdırlar", -deyə Nahavandian vurğulayıb.
Qeyd edək ki, sanksiyalar aradan qaldırılandan sonra İran prezidenti Həsən Ruhani ilk dəfə İtaliya və Fransaya rəsmi səfər edib. Səfər çərçivəsində ölkələr arasında mühüm sənədlər imzalanıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər