İran prezidenti biznes razılaşmaları üçün Avropadadır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-01-2016, 22:32 | Şərh sayı: (0) | Baxılıb: 238
İran prezidenti biznes razılaşmaları üçün Avropadadır
Həsən Ruhani böyük nümayəndə heyəti ilə Roma və Parisdə görüşlər keçirəcək
İran prezidenti Həsən Ruhani Avropa səfərinin ilkin mərhələsində İtaliyada olacaq və onun böyük biznes müqavilələrinə imza atacağı gözlənilir.
Səfər nüvə razılaşmasının ardından İrana qarşı sanksiyaların götürülməsindən sonra həyata keçir.
Cənab Ruhaninin Romada İtaliya şirkətləri ilə 18 milyard dollar dəyərində razılaşmaya imza atacağı gözlənilir.
Fransaya səfəri çərçivəsində isə onun böyük təyyarə müqaviləsini imzalayacağı deyilir.
İran prezidentinin başçılığı ilə, nazirlər və iş adamlarının daxil olduğu 120 nəfərlik nümayəndə heyəti Roma və Parisdə beş gün müddətinə görüşlər keçirəcəklər.
Cənab Ruhani İtaliyada ölkə prezidenti Sergio Mattarella və baş nazir Matteo Renzi ilə danışıqlar aparacaq.
“Bu çox əhəmiyyətli səfərdir,” yüksək rütbəli İran rəsmisi Reuters xəbər agentliyinə bildirib.
“Səhifələri çevirməyin və ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün qapıları açmağın vaxtıdır,” rəsmi əlavə edib.
Parisdə keçirəcəyi görüşlər ərəfəsində cənab Ruhani Airbus çirkətindən 114 təyyarənin alınması üçün müqavilə imzalamağı düşünür.
Tehran həmçinin ABŞ-ın Boeing təyyarələrini almaq istəyir.
1979-cu il inqilabından bəri İran Qərbdən təyyarə və onun hissələrini almaqda çətinlik çəkir.
İran hava limanlarında sərnişinlər adətən təyyarənin təmiri üçün saatlarla gözləməli olur.
Sadə iranlılar üçün yeni təyyarələrin alınması, nüvə razılaşmasının onların həyatını yaxşılaşdıracaq ilk əlamət olacaq, BBC müxbiri James Reynolds Romadan bildirib.
Şənbə günü İran və Çin enerjidən tutmuş ticarətin artırılmasınadək müxtəlif istiqamətlərdə 17 razılaşmaya imza atıblar.
İrana qarşı beynəlxalq sanksiyalar keçən həftə qaldırılıb (BBC).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər