İtaliya İran prezidenti üçün çılpaq heykəlləri örtüb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 27-01-2016, 13:48 | Şərh sayı: (0) | Baxılıb: 305
İtaliya İran prezidenti üçün çılpaq heykəlləri örtüb
Romanın Kapitoli Muzeyində bir neçə çılpaq heykəl İran prezidentini incitməmək məqsədilə gizlədilib
İran prezidenti Həsən Ruhanini Kapitoli muzeyində qəbul edərkən, onun islam dövlətini təmsil etdiyini nəzərə alaraq antik çılpaq heykəlləri örtüblər.
Həmçinin Ruhani ilə İtaliya baş naziri Matteo Renzi arasında danışıqlar zamanı nümayəndə heyətlərinə şərab təklif olunmayıb. İran İslam Respublikasında alkoqol qadağandır.
Cənab Ruhani və Matteo Renzi İtaliya firmalarının İranla işgüzar müqavilələri imzalayandan sonra Romanın Kapitoli muzeyində çıxış edib.
Cənab Ruhani nüvə razılaşmasının ardından İrana qarşı beynəlxalq sanksiyaların qaldırılmasından sonra Avropada iqtisadi əlaqələr genişləndirilməsi üçün 5 günlük səfərdədir.
"İran bütün regionun ən təhlükəsiz və sabit ölkəsidir", İran prezidenti İtaliyanın biznes liderlərinə bildirib.
O, artımın ekstremizmə qarşı mübarizədə əsas olacağını vurğulayıb və "işsizlik terrorçular üçün əsgərlər yaradır" deyib.
Bazar ertəsi İran və İtaliya şirkətləri arasında azı 17 milyard dollar məbləğində müqavilə imzalanıb
Bazar ertəsi İran və İtaliya şirkətləri arasında azı 17 milyard dollar məbləğində müqavilə imzalanıb. İtaliya şirkətləri ilə əldə edilmiş razılaşma energetika və infrastruktur layihələrini əhatə edir.
Çərşənbə axşamı cənab Ruhani Roma Papası Francis ilə də görüşüb. Roma Papası İrandan digər Yaxın Şərq ölkələri ilə birgə terrorizm və silah alverinə qarşı mübarizə aparmağa çağırıb, Vatikan bildirir.
İran Livanda Hizbullah kimi yaraqlı qrupları maliyyələşdirməkdə ittiham olunur.
Cənab Ruhani Roma Papasından onun üçün dua etməyi xahiş edib və ona əllə toxunmuş xalça hədiyyə verib.
İran prezidenti çərşənbə günü Parisə yollanır və burada daha çox razışlaşmaların imzalanacağı gözlənilir. İranın 100-dən çox Airbus təyyarəsini alması üçün razılaşmanı imzalayacağı deyilir (BBC).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər