İraq və Kürdüstan: azalan neft gəlirləri müzakirə edilib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 09:40 | Şərh sayı: (0) | Baxılıb: 221
İraq və Kürdüstan: azalan neft gəlirləri müzakirə edilib
İraqın şimalında yerləşən yerli kürd muxtariyyətının yüksək vəzifəli nümayəndə heyəti danışıqlar üçün Bağdada gedib, Reuters agentliyi yazır.
Bu, muxtariyyətın iqtisadi zərbə ilə üzləşdiyini bəyan etməsindən həftələr sonra baş verir.
Neft gəlirlərindən ciddi asılı olan həm Bağdad, həm də Kürd Regional Hökuməti (KRG) neftin qiymətlərinin qlobal tənəzzülü fonunda əhəmiyyətli dərəcədə zərbə alıb.
Son vaxtlar iki tərəf arasında münasibətlər büdcə və gəlirlərin bölünməsi məsələlərinə görə gərginləşib. KRG-nin baş naziri Neçirvan Bərzaninin başçılıq etdiyi nümayəndə heyətini İraqın baş naziri Hayder əl-Əbadi və digər yüksək rütbəli rəsmilərlə görüşüb.
KRG sözçüsü Safinn Dizayi deyib ki, "müxtəlif məsələlər - təhlükəsizlik, maliyyə, siyasi və hərbi" gündəmdə idi. Bu ayın əvvəlində muxtariyyətın baş nazir müavini bildirib ki, region iqtisadi "sunami"yə görə təhlükədədir.
Kürdüstan 2003-cü ildə Səddam Hüseynin devrilməsindən sonra İraqın artan neft gəlirlərindən pay aldığına görə iqtisadi çiçəklənmə yaşayırdı.
Lakin Bağdad, 2014-cu ildə muxtariyyatın Türkiyəyə neft ixrac etmək üçün öz boru kəmərini tikməsindən sonra regiona maliyyə vəsaiti kəsib.
Həmin vaxtdan bəri kürdlər müstəqil neft satışını gündə 600 min barrelə çatdırıb, amma qiymətlərin enməsi şişirdilmiş əmək haqqı fondunda 5 aylıq borclanma yaradıb. Muxtariyyətın baş nazir müavini Qubad Tələbani daha əvvəl xəbərdarlıq edib ki, neftin qiyməti 30 dollardan aşağı düşərsə, bu, özünü İslam Dövləti adlandıran qrupla mübarizəyə xələl gətirə bilər.
Bağdad 2016 üçün 24 trilyon dinar büdcə kəsiri proqnozlaşdırır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər