Ucuz neft sabitliyə təhlükədirmi? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 21-01-2016, 16:53 | Şərh sayı: (0) | Baxılıb: 231
Ucuz neft sabitliyə təhlükədirmi?
Qiyməti sürətlə ucuzlaşan neft qlobal sabitlik üçün təhdid yaradırmı? ABŞ-dakı Karneqi Fondu bu sualı ekspertlərə ünvanlayıb.
Avrasiya qrupunun prezidenti və təsisçisi Ian Bremmer deyir: “Mixail Qorbaçovun islahatları Sovetlərdə sabitliyi məhv etdimi? Xeyr. Donmuş sabitliyin buzu açıldı. Ucuz neft də Yaxın Şərqə, özəlliklə sünni ərəb neft dövlətlərinə elə təsir göstərəcək. Bu rejimləri ayaqda saxlayan yerli qanunvericilik laxlayır. Birləşmiş Ştatlar region polisi rolunu oynamaq istəmir, başqa heç kim də əlinə dəyənək alan deyil. Kommunikasiya texnologiyaları sayəsində narazı gənclər daha asan səfərbər olurlar. Hökumətlər də sosial, iqtisadi, siyasi islahatlara cəhd göstərməyə başlayırlar. Ucuz neft münaqişələri kəskinləşdirir və sürətləndirir”.
«POLITICO» dərgisinin enerji və təhlükəsizlik məsələləri üzrə redaktoru Jan Cienski də düşünür ki, ucuz neft qlobal sabitliyi «öldürməyəcək», əksinə, onu gücləndirəcək: “Bu o demək deyil ki, neftin aşağı qiymətləri Rusiya, Səudiyyə Ərəbistanı, Venesuela, Anqola və digər yeni yaranmaqda olan, büdcələri neft ixracına söykənən bazarlar üçün pis xəbər deyil. Ancaq gəlirləri azalan avtokratik rejimlər daha çox əhaliylə məşğul olacaq ki, büdcə kəsirlərinə görə üsyana qalxmasınlar. Beləcə, xaricdə daha az qarışıqlıq salacaqlar”.
Karneqi Fondundan Kristina Kauçun fikrincə isə, ucuz neft qarşıdakı bir neçə ildə Yaxın Şərqi bir-birinə qarışdıracaq. Axı avtoritar neft ölkələri vətəndaşlarını subsidiya, aşağı vergi və digər iqtisadi imtiyazlarla sakitləşdirir, amma kəmərlər sıxıldıqca, Körfəz sakinləri sakit durmayacaqlar
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər