Neft 20 dollar olacaq – Qazaxıstan baş naziri |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-01-2016, 22:43 | Şərh sayı: (0) | Baxılıb: 302
Neft 20 dollar olacaq – Qazaxıstan baş naziri

Ixlas.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinə müsahibəsində Qazaxıstanın baş naziri Karim Masimov deyib.
"Neftin 1 barelinin qiyməti 30 dollar olacağı təqdirdə, Qazaxıstanda ÜDM istehsalı sıfır səviyyəsində olacaq. Biz dövlət büdcəsində neftin baza qiymətini 1 barelə görə 40 dollardan hesablamışıq, lakin bu rəqəm 30 dollaradək enə bilər. Neftin 1 barelinin qiyməti 16 dollara düşsə belə , biz buna dözərik. Düzdür, bəzi layihələr korreksiyaya məruz qalacaq", - Masimov qeyd edib.
Baş nazirin proqnozuna əsasən, cari ilin birinci yarısında neftin 1 barelinin qiyməti 20 dollara enə bilər. Bununla belə, ilin ikinci yarısında bu rəqəm 30-40 dollaradək artacaq.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər