III Devalvasiya hansı ay baş verəcək? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-01-2016, 23:31 | Şərh sayı: (0) | Baxılıb: 294
III Devalvasiya hansı ay baş verəcək?
İqtisadçı Samir Əliyev özünün sosial şəbəkələrdəki səhifəsində Neft Fondunun banklara dollar satışını şərh edib. Maide.az həmin şərhi təqdim edir:
“Neft Fondu bu gün 32 banka ümumilikdə 200 milyon dollar satıb. Bazarı tam təmin etməsə də indiki dövrdə Mərkəzi Banka böyük dəstəkdir. Məlumatdan görünür ki, orta hesabla hər banka 6,25 milyon dollar düşüb. İlk baxışdan bank sektorunun 2/3-sinin dollar satışından yararlanması təsəvvürü yaranır. Əslində isə həmin vəsait əsasən 2 banka – Beynəlxaq bank və Paşa banka satılıb. Yerdə qalan banklara çox cüzi pay düşüb. Təəssüf ki, ölkə iqtisadiyyatındakı ayrı-seçkilik Neft Fondunun da fəaliyyətinə sirayət edib. Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditləri də bir qayda olaraq məhdud sayda banka nəsib olur. Eyni banklar eyni mənbələrdən faydalanırlar”.
S.Əliyev eyni zamanda devalasiyanın nə zaman olacağını da fikirlərinə əlavə edib: “Digər məsələ satışa çıxarılan dolların həcmi ilə bağlıdır. 2016-cı ildə Neft Fondu dövlət büdcəsinə hər ay təxminən 320 milyon dollar transfer etməli olduğundan yanvarda həmin məbləği də satışa çıxartmalı idi. Ancaq göründüyü kimi öhdəlikdən 120 milyon dollar az satış həyata keçirilib. Az ehtimal olunsa da ola bilsin ay ərzində növbəti satış həyata keçirilsin. Ya da Fondun büdcə icrasında problem yarandığından öhdəliyini tam yerinə yetirməyə çətinlik çəkir və növbəti satış fevral ayına təsadüf edəcək. Deməli, manata təzyiqlər daha da artacaq”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər