Dünya əhalisinin yarısından daha varlı olan 62 nəfər - Milyarderlərin siyahısı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 21-01-2016, 07:35 | Şərh sayı: (0) | Baxılıb: 270
Dünya əhalisinin yarısından daha varlı olan 62 nəfər - Milyarderlərin siyahısı
İngiltərənin yardım qurumu olan "Oxfam"-ın dərc etdiyi hesabatda 62 milyarderin sərvətinin dünya əhalisinin yarısının sərvətindən (3.5 milyard) daha çox olduğu məlum olub.
Avropa.info xəbər verir ki, "Oxfam" gəlir bölgüsündəki qeyri bərabərliklərlə bağı hazırladığı hesabatı bu həftə Davosdakı Dünya İqtisadi Forumunda ölkə liderlərinə təqdim edəcək.
Varlılarla kasıblar arasındakı gəlir bərabərsizliyinin artmaqda davam etdiyini vurğulayan qurum 2016-ci ildə dünya əhalisinin 1 %-nə bərabər olan 70 milyon nəfərin dünyanın geri qalan 99 %-dən (təxminən 7 milyard insan) daha çox sərvətə sahib olduğunu açıqlayıb.
"Oxfam"-ın hesabatına görə sərvətləri 3.5 milyard insandan daha çox olan 62 nəfərin adları aşağıdakı kimidir:
1. Bill Geyts - "Microsoft"-un qurucusu (60 yaş) - 76.6 milyard dollar. ABŞ
2. Amansio Ortega - "Zara" geyim mağazaları şəbəkəsinin sahibi - 66.9 milyard dollar. İspaniya
3. Varren Buffett - maliyyə sektoru - 59.5 milyard dollar. ABŞ
4. Jeff Bezos - "Amazon"-un sahibi - 50.4 milyard dollar. ABŞ
5. Karlos Slim Helu - Telekommunikasiya sektoru - 48.7 milyard dollar. Meksika
6. Larri Ellison - Proqram şirkəti olan "Oracle"-ın sahibi - 43 milyard dollar. ABŞ
7. Mark Zukerberq - "Facebook"-un sahibi - 41.6 milyard dollar. ABŞ
8. Çarles Koç - "Koç" şirkətlər qrupunun səhmdarı - 39.7 milyard dollar. ABŞ
9. Devid Koç - "Koç" şirkətlər qrupunun səhmdarı - 39.7 milyard dollar. ABŞ
10. Lilian Bettenkaurt - "L'Oreal" kosmetika şirkətinin sahibi - 36.5 milyard dollar. Fransa
11. Maykl Bloomberg - "Bloomberg" xəbər agentliyinin sahibi - 36 milyard dollar. ABŞ
12. Larri Peyg - İnternet axtarış sisteminin qurucusu - 35.9 milyard dollar. ABŞ
13. Sergey Brin - İnternet axtarış sisteminin olan "Google"-un qurucularından - 35.2 milyard dollar sərvətə sahib. ABŞ
14. Cim Valton - "Wal-Mart" supermarketlər şəbəkəsinin ortağı - 35.2 milyard dollar. ABŞ
15. Bernard Arnault - Dəbdəbəli əşyaların satışı - 32.5 milyard dollar. Fransa
16. Alisa Valton - "Wal-Mart" supermarketlər şəbəkəsinin ortağı - 30.9 milyard dollar. ABŞ
17. S. Robson Valton - "Wal-Mart" supermarketlər şəbəkəsinin ortağı - 30.5 milyard dollar. ABŞ
18. Kristi Valton - "Wal-Mart" supermarketlər şəbəkəsinin ortağı - 29.6 milyard dollar. ABŞ
19. Li Ka-shing - Əmlak sektoru - 28.6 milyard dollar. Çin, Hong Kong
20. Vang Jianlin - Əmlak sektoru - 26.4 milyard dollar. Çin
21. Phil Nayt - "Nike"-ın sahibi - 24.9 milyard dollar. ABŞ
22. Corc Soros - Maliyyə sektoru - 24.5 milyard dollar. ABŞ
23. Stiv Ballmer - "Microsoft"-un qurucularındandır - 23.9 milyard dollar. ABŞ
24. Jorg Paulo Lemann - İş adamı - 23.9 milyard dollar. Braziliya
25. Corc Şeffler - İş adamı - 23.1 milyard dollar. Almaniya
26. Forrest Mars Jr. - Qida sektoru - 23 milyard dollar. ABŞ
27. Jaklin Mars - Qida sektoru - 23 milyard dollar. ABŞ
28. Con Mars - Qida sektoru - 23 milyard dollar. ABŞ
29. Devid Tomson - "Reuters" xəbər agentliyinin sahibi - 22.8 milyard dollar. Kanada
30. Şeldon Adelson - Mərc oyunları sektoru - 22.5 milyard dollar. ABŞ
31. Li Şau Ki - Əmlak sektoru - 22.2 milyard dollar. ABŞ
32. Mukeş Ambani - Enerji sektoru - 21.9 milyard dollar. Hindistan
33. Maria Franka Fissolo - Qida sektoru - 21.8 milyard dollar. İtaliya
34. Jak Ma - Online alış-veriş sektoru - 21.8 milyard dollar. Çin
35. Leonardo Del Veççio - Eynək istehsalı - 21 milyard dollar. İtaliya
36. Stefan Persson - "H & M" geyim mağazalarının sahibi - 20.7 milyard dollar. İsveç
37. Karl İkahn - Maliyyə sektoru - 18.5 milyard dollar. ABŞ
38. Maykl Dell - "Dell" kompyuter şirkətinin sahibi - 18.4 milyard dollar. ABŞ
39. Pol Allen - "Microsoft"-un ortağı - 17.9 milyard dollar. ABŞ.
40. Bite Heister & Karl Albreçt Jr - "Aldi" supermarketlər şəbəkəsinin sahibi - 17.7 milyard dollar. Almaniya
41. Anne Cox Çambers - Media sektoru - 17.4 milyard dollar. ABŞ
42. Danin Çearavanont - Qida sektoru - 17.3 milyard dollar. Tayland
43. Suzanna Klatten - "BMW"-nin ortağı - 17.3 milyard dollar. Almaniya
44. Tadaşi Yanani - İş adamı - 17.2 milyard dollara. Yaponiya
45. Loren Povell Jobs - "Apple"-ın ortağı - 17.1 milyard dollar. ABŞ
46. Ma Hateng - Media sektoru - 16.8 milyard dollar. Çin
47. Şahzadə Vəlid ibn Talləl Əli Səud - Maliyyə sektoru - 16.8 milyard dollar. Səudiyyə Ərəbistanı
48. Len Blavatnik - İş adamı - 16.6 milyard dollar. ABŞ
49. Teo Albrekt Jr - İş adamı - 16.1 milyard dollar. Almaniya
50. Əzim Premji - Proqram təminatı sektoru - 16 milyard dollar. Hindistan
51. Maykl Otto - Əmlak sektoru - 15.9 milyard dollar. Almaniya
52. Dilip Şanghvi - Dərman sektoru - 15.7 milyard dollar. Hindistan
53. Stefan Quant - "BMW"-nin ortağı - 15.7 milyard dollar. Almaniya
54. Rey Dalio - Maliyyə sektoru - 15.7 milyard dollar. ABŞ
55. Donald Bren - Əmlak sektoru - 15.2 milyard dollar ABŞ
56. Serge Dassault - Təyyarə istehsalçısı - 14.8 milyard dollar. Fransa
57. Hinduja Qardaşları - İş adamı 14.5 milyard dollar. İngiltərə
58. Aliko Dangot - İş adamı - 14.3 milyard dollar. Nigeriya
59. Dieter Şvarz - "Lidl" supermarketlər şəbəkəsinin sahiblərindən biri - 14.2 milyard dollar. Almaniya
60. Ceyms Simons - Maliyyə sektoru - 14 milyard dollar. ABŞ
61. Çeng Yu-tung - İş adamı - 13.9 milyard dollar. Hong Kong
62. Çarles Ergen - Peyk platformasısektoru - 13.9 milyard dollar. ABŞ
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər