İran və Ermənistan prezidentləri arasında telefon danışığı olub |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-01-2016, 14:49 | Şərh sayı: (0) | Baxılıb: 254
İran və Ermənistan prezidentləri arasında telefon danışığı olub
İran prezidenti Həsən Ruhani ilə onun erməni həmkarı Serj Sərkisyan arasında bu gün telefon danışığı olub.
Musavat.com-un məlumatına görə, zəngi Sərkisyan edib.
Erməni qaynağının məlumatına görə, tərəflər iki ölkə arasında əlaqələrin mövcud durumundan razılıq ifadə edib, regional və qlobal əhəmiyyət kəsb edən bir sıra aktual problemləri müzakirə ediblər. Həmçinin, əlaqələrin inkişaf perspektivindən danışıblar.
“Ruhani və Sərkustan zəruri iradə olarsa, danışıqlar yolu ilə istənilən məsələdə həll yolu tapmağın mümkünlüyünü qeyd ediblər ” – məlumatda deyilir. İran prezidenti Ermənistanla əlaqələrin genişlənməsi və dərinləşməsi üçün əməkdaşlığa hazır olduğunu vurğulayıb.
Telefon danışığı zamanı habelə qarşıdakı görüşlərin proqramları müzakirə edilib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər