BMT baş katibi Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-12-2015, 13:28 | Şərh sayı: (0) | Baxılıb: 233
BMT baş katibi Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə
BMT baş katibi Pan Qi Mun Azərbaycan və Ermənistan prezidentlərinin dekabrın 19-da Berndə keçirdiyi görüşünün tərəfləri sülh prosesinə yaxınlaşdıracağına ümid etdiyini bildirib.
Ixlas.Az APA-ya istinadən bildirir ki, bu barədə baş katibin BMT rəsmi saytında dərc edilmiş bəyanatında qeyd olunur.
"Baş katib hesab edir ki, görüş tərəflərə atəşkəs rejiminin pozulması hallarının və dinc əhali arasında qurbanların sayının azaldılmasına dair əməli addımların müzakirə edilməsinə, sülh prosesinin yaxınlaşdırılması üçün yolların müəyyən edilməsinə imkan yaradıb", deyə BMT baş katibinin bəyanatında qeyd olunur.
Pan Qi Mun həmçinin İsveçrədə görüşü təşkil etmiş ATƏT Minsk Qrupunun həmsədrlərinin fəaliyyətini qeyd edib. O, Bakı və İrəvanı gərginliyin daha da azaldılmasına dair Minsk Qrupu ilə sıx əməkdaşlığa və gərginliyin artmasına səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər