Geyim və toxuculuq məhsullarının istehsalı xeyli azalıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-01-2016, 08:20 | Şərh sayı: (0) | Baxılıb: 273
Geyim və toxuculuq məhsullarının istehsalı xeyli azalıb
Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 26,2 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 2,4 faiz çox sənaye məhsulu istehsal edilib.
Sənaye məhsulunun 61,9 faizi mədənçıxarma sektorunda, 29,9 faizi emal sektorunda, 7,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda məhsul istehsalı 2,0 faiz, o cümlədən əmtəəlik qaz hasilatı 5,5 faiz artmış, neft hasilatı isə 0,7 faiz azalıb.
Emal sektorunda qida məhsullarının istehsalı 2,9 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 3,0 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 67,3 faiz, kağız və karton istehsalı 7,5 faiz, poliqrafiya məhsullarının istehsalı 86,7 faiz, kimya sənayesi məhsullarının istehsalı 43,2 faiz, tikinti materiallarının istehsalı 6,3 faiz, hazır metal məmulatlarının istehsalı 54,1 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 2,1 dəfə, elektrik avadanlıqlarının istehsalı 1,8 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 4,6 faiz, mebel istehsalı 10,1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işlərinin həcmi 2,7 dəfə artıb, toxuculuq məhsullarının istehsalı 55,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 21,4 faiz, geyim istehsalı 44,2 faiz, içkilərin istehsalı isə 11,2 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində istehsalın həcmi 0,4 faiz azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində isə 1,8 faiz artıb.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 8,4 faiz artıb, neft sektorunda isə ötən ilin səviyyəsində qalıb./Trend/
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər