Venesuela neftin qiymətinin 27 dollaradək düşə biləcəyi barədə xəbərdarlıq edib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 4-01-2016, 10:49 | Şərh sayı: (0) | Baxılıb: 248
Venesuela neftin qiymətinin 27 dollaradək düşə biləcəyi barədə xəbərdarlıq edib
Ölkənin neft naziri neftin ədalətli qiymətini qorumaq üçün OPEK-i sammit keçirməyə çağırıb
Karakas bütün müstəqil istehsalçıların iştirakı ilə OPEK ölkələrinin növbədənkənar sammitinin keçirilməsinə təşəbbüs göstərməyə çalışır.
"Report" xəbər verir ki, bu barədə Venesuelanın neft naziri Euloxio del Pino "Telesur"
telekanalına müsahibəsində bildirib.
"Biz prezident Nikolas Maduro ilə birgə daima OPEK liderlərini və müstəqil istehsalçıları yanvarda təcili görüş keçirməyə təhrik etməyi müzakirə edirik", — deyə Euloxio del Pino bildirib.
Onun fikrincə, ixracatçılar əlaqələndirilmiş tədbirlərdən imtina edəcəyi təqdirdə, neftin qiymətinin bir barel üçün hazırkı 27 dollar səviyyəsindən 10 dollar da aşağı düşməsi təhlükəsi var.
"İstehsalçıların birgə hərəkət etməsi zəruridir. Bərpa olunmayan enerji mənbələrinin ədalətli qiymətini qorumaq lazımdır", — deyə venesuelalı nazir bildirib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər