Neft bahalaşdı, dollar sabit qaldı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 22-01-2016, 21:30 | Şərh sayı: (0) | Baxılıb: 268
Neft bahalaşdı, dollar sabit qaldı
Dünya bazarlarında neftin qiymətində bahalaşma müşahidə olunur.
ANS PRESS-in məlumatına görə, ötən gün 27.88 dollar olan “Brent” markalı neftin qiyməti bahalaşaraq 29.68 dollar olub.
Ötən gün səhər 28.20 dollar olan“Texas” markalı neftin bir barelinin qiyməti müxtəlif dalğalanmalardan sonra 29.87 dollarda qərarlaşıb.
Ötən gün “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,09 dollar ucuzlaşaraq 28,82 dollar təşkil edib.
Əlvan metalın qiymətində cüzi bahalaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı 35,32 dollardır. Platinin 1 qramı 26.31 dollar, Palladiumun 1 qramı isə 16.12 dollardır. Gümüşün qiyməti cüzi ucuzlaşma ilə 1 qram üçün 0.45 dollar müəyyənləşib.
Yanvarın 21-nə AMB-nin ən son USD/AZN rəsmi məzənnəsi 1,6028 səviyyəsində olub. Euronun məzənnəsində də bahalaşma qeydə alınıb. Euro 1.7458 manat, Rusiya rublu isə cüzi ucuzlaşma ilə 0.0197 manata düşüb. Həmçinin 1 ingilis funt-sterlinqinin qiyməti 2.2714 AZN, 1 türk lirəsinin qiyməti isə 0.5262 AZN müəyyənləşib.
AMB-dən verilən məlumata görə, Mərkəzi Bankın 22.01.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,6028 səviyyəsində müəyyən olunub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər