Norveç neft ucuzlaşdığı üçün böhran elan etdi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-01-2016, 14:23 | Şərh sayı: (0) | Baxılıb: 260
Norveç neft ucuzlaşdığı üçün böhran elan etdi
Norveç neftin bir barelinin qiyməti 30 dollardan aşağı düşdüyü üçün böhran elan etdi.
Musavat.com Türkiyənin “Milliyyet” qəzetinə istinadən xəbər verir ki, qiymətin düşməsi ilə Qərbi Avropanın ən böyük neft ixracatçısı olan ölkədəki istehsal 2008-ci ildəkindən daha kritik durumdadır. Norveçin Neft İdarəsinin rəhbəri Bente Nyland yerli mediaya açıqlamasında bildirib ki, Norveçin neft sənayesi böhrandadır və bunu inkar etmək mümkün deyil.
Brent neftin bir barelinin qiyməti aşağı düşərək, son nəticədə öz dəyərini 4 faiz itirib. Qərbi Teksas növlü xam neftin (WTI) bir bareli isə günə 31,21 dollar qiymətlə başladığı halda, hazırda 29,69 dollardan satılır. Bu isə onun 4.9 faiz ucuzlaşdığını göstərir.
Analitiklər isə neftin qiymətlərində yaşana biləcək qiymət artırımının qalıcı olmadığını iddia edirlər. Onların fikrincə, 30 dollarlıq qiymət kritik dəstək statusundadır. Qiymət daha da aşağı düşərsə, satış qrafiki yüksələ bilər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər